"Elm və Təhsil Nazirliyinin və TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş".
Bu sözləri Ednews-a millət vəkili Vüqar Bayramov deyib. O, qeyd edib ki, bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz:
"Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əmək haqqısı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırlıb. Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay zaman ayrılmışdı".
Oğuz Ayvaz