Elm və Təhsil Nazirliyinin tabeliyində agentliklərin yaradılması may ayı üçün nəzərdə tutulub.
Ednews xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə məsələnin hüquqi normativ tərəflərinə görə, müvafiq əsasnamə hazırlanıb və aidiyyəti üzrə göndərilib:
“"Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir. Bu ilin may ayında agentliklərin yaradılması nəzərdə tutulub".