Dünya tədqiqatçıları süni intellektin (Sİ) “nüvə səviyyəli fəlakətə” səbəb ola biləcəyini bildiriblər.
Ednews “Al – Cəzirə”yə istinadən xəbər verir ki, Stenford Universitetinin araşdırmasına görə tədqiqatçıların üçdə birindən çoxu sektorda sürətlə inkişaf edən texnologiyanın yaratdığı risklərlə bağlı narahatlıqları vurğulayıblar.
Keçirilən hesabatlarda qeyd olunur ki, “Bu sistemlər söhbətlər edir, sualları ətraflı cavablandırır, internet üzərində mövcud olmayan videoların və şəkillərin yaradılması kimi prosesləri bacara bilir. Belə şəraitdə çox qərəzli və dezinformativ məlumatlar ortaya çıxa bilər və bu da böyük problemlərə səbəb ola bilər”.
Açıqlanan hesabat intiharlardan tutmuş Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya qüvvələrinə təslim olması haqda saxta videolarına qədər olan mübahisələrdən sonra süni intellektin tənzimlənməsinə çağırışların artması fonunda gəlir.
İlon Mask və Apple şirkətinin həmtəsisçisi Stiv Voznyak da “Güclü Sİ sistemləri yalnız inkişaf etdirilməlidir” deyə, Open AI-nin chatbot GPT-4 səviyyəsindən kənarda süni intellekt sistemlərinin təliminə altı aylıq fasilə verilməsini tələb edən açıq məktubu imzalayan 1300 nəfər arasında idi.
Bir çox ölkələr də vəziyyətlə əlaqədar bir çox addımlar atmaq qərarı alıblar.
Çinin Kiberməkan İdarəsi bu həftə texnologiyanın “ sosializmin əsas dəyərinə” uyğun olmasını və hökuməti sarsıtmamasını təmin etmək üçün GPT-4-ün arxasında olan texnologiya və Alibaba-nın Tongyi Qianwen və Baidu-nun ERNIE kimi yerli rəqibləri olan generativ süni intellekt üçün qanun layihəsi qəbul edib.
Avropa İttifaqı hansı süni intellekt növlərinin istifadə üçün məqbul olduğunu və hansının qadağan edilməli olduğunu tənzimləmək üçün “Süni İntellekt Aktı”nı təklif edib.
ABŞ-ın süni intellektlə bağlı ictimai ehtiyatlılığı hələ federal qaydalara çevrilməmişdi, lakin bu həftə Bayden administrasiyası “AI sistemlərinin qanuni, effektiv, etik, təhlükəsiz və başqa cəhətdən etibarlı olmasını” necə təmin etmək barədə ictimai məsləhətləşmələrə başladığını elan edib.
Görünür, hökümətlər süni intellektin inkişafından məlumatı var və gələcəkdə yarana biləcək hər hansısa təhlükənin qarşısının alınması üçün ciddi adımlar atıla bilər.
Əkbər Şəbəndəyev