“Təhsili eksperiment meydanına çevirmək olmaz” Hansı fənlər proqramdan çıxarılır? – Ekspertdən İRAD

Elm və texnologiya 17:43 05.06.2023
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev gələn tədris ilindən 6-cı siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacağı, əvəzinə isə biologiya və fizika dərsliklərinin proqramdan çıxarılacağını qeyd edib. 
 
Vaxtaşırı tədris proqramına edilən dəyişikliklərin nəticəsi nədən ibarətdir? Təhsildə islahatları hədəfləyən bu dəyişikliklər tədrisin keyfiyyətinə necə təsir edir? 
 
Mövzu ilə bağlı Ednews-a danışan təhsil üzrə tanınmış ekspert Nadir İsrafilovun sözlərinə görə, beynəlxalq təhsil sisteminə inteqrasiya müsbət addımdır, lakin burada diqqət edilməli bəzi vacib məqamlar var: 
 
“Uzun illərdən bəri tədris proqramlarının, dərsliklərin ağırlığı, fənlərin sayının azaldılması və s. bu kimi mövzular mətbuatda geniş müzakirə predmetinə çevrilib. Elm və Təhsil naziri özü də brifinqlərin birində bu məsələyə münasibət bildirib. Hesab edirəm ki, bu proses bizimçün yeni deyil, əvvəllər də fənlərin sayı və məzmunu istiqamətində tədris proqramına əlavə və dəyişikliklər edilib. Məsələn, əvvəllər, ailə-nikah münasibətlərinə aid fənn tədris olunurdu, sonra çıxarıldı, Konstitusiya keçilirdi orda məktəbin yuxarı sinfində və ya Sovet dövləti və hüququnun əsasları, fəlsəfə, iqtisadiyyat, elmi komunizm mövzularını əhatə edən İctimaiyyat fənni və s. nümunələr göstərmək olar. Hansısa fənlərin proqramdan çıxarılmasından söhbət gedirsə, düşünmək lazımdır ki, konkret hansı fənn çıxarıla bilər? Deyək ki, tarix, coğrafiya, fizika, kimya, biologiya - bunlar ayrı-ayrı elm sahələridir, oturuşmuş fənlərdir. Hansınısa çıxarıb əlavə etsək yeni müzakirələrə səbəb olacaq. Yanaşmalar fərqlidir. Söhbət fənlərin inteqrasiyadan getməlidir. Bir neçə fənni, məsələn, təbiət fənlərini birləşdirib bir fənn kimi tədris etmək olar. Burada Sinqapur modeli əsas götürülür. Bununla bağlı pilot dərsliklər hazırlanıb”.
 
 
N.İsrafilov qeyd edib ki, fənlərin birləşdirilməsi tədris yükünün azalması ilə yanaşı müəyyən problemlərə də yol aça bilər:
 
“Beynəlxalq təhsil sisteminə inteqrasiya etməyə çalışırıq. Lakin fənlərin birləşdirilməsi müəyyən problemlər yaradacaq. Təbiət fənlərini birləşdirib bir fənn kimi tədrisinə başlasaq, nəzərə almalıyıq ki, ali məktəblərdə fakültələr ayrıdır, coğrafiy ayrı, biologiya və s... Bunları tədris edəcək müəllimlər necə yetişəcək? O zaman onları əlavə kurslara, təhsil artırmaya yönəltmək lazım gələcək. Ortaq tarix kursunun tərtib edilməsi barədə müzakirələr gedirdi, hazırda da aktualdır. Yeniliklər şübhəsiz ki, olmalıdır. Dünya dəyişirsə, yeni elm sahələri meydana gəlirsə, yeni fənlər də əlavə edilməli, ənənəvi fənlərin məzmununda dəyişikliklər edilməlidir.  Bir vaxtlar informatika adlı fənn yox idi, amma indi dünyanın ən çox tələb olunan peşələrindən biri infomasiya texnologiyalarıdır. Cəmiyyət, bəşəriyyət inkişaf etdikcə yeni anlayışlar yaranır, bunlar da təhsildən, məktəbdən yan keçə bilməz”. 
 
Ekspertin fikrincə, diqqət edilməli məqam ondan ibarətdir ki, hər hansı yenilik həyata keçirilirsə, bunu birbaşa tədrisə daxil etmək olmaz. Əvvəlcə bir neçə məktəbdə pilot layihə kimi sınaqdan keçirilməlidir. Bir neçə il ərzində yoxlamaq, nəticələri təhlil edib daha sonra yekun qərar vermək lazımdır. 
 
“Bu gün dövlət dilinin əhəmiyyətini önə çəkmək üçün pilot layihə kimi bəzi məktəblərdə rus bölmələrinin 5-ci sinfində Azərbaycan tarixi fənninin azərbaycanca tədrisinə başlanılıb. Təkliflər var ki, ədəbiyyat və coğrafiya fənlərini də rus bölməsində azərbaycanca tədris etsinlər. Bunlar birmənalı qarşılanmır. Tədrisdə yenilik şərtdir, zamanımız bunu tələb edir. Amma təhsillə bağlı məsələlərdə yüz ölçüb, bir biçmək, geniş müzakirələr aparmaq, mütəxəssislərin fikirlərini dinləmək lazımdır. Təhsili eksperiment meydanına çevirmək olmaz. Təhsil sistemi oturuşmalıdır. Bu qədər islahat həyata keçirilir. Amma bu islahatların ləng getməsi, nəticə almaq üçün uzun müddət gözləməyimizin səbəbi də bu təcrübələrdir. Ard-arda, yersiz dəyişikliklər edilir tədrisdə, proqramda. Bunlar təhsili inkişafını gecikdirir, islahatları nəticəsiz qoyur”.
 
 
Törə Zeynal
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Hamısı