“Bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınmasını düşünürük".
Ednews xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bəzi ixtisasların tədris müddətinin azaldılması üzərində ciddi iş gedir:
"Hesab edirəm ki, bu, faydalı olacaq. Misal olaraq, bu dəyişiklikliyi informasiya texnologiyaları sahəsində etmək mümkün ola bilər. Ali təhsil müəssisələrində tədris olunan hər bir fənn əmək bazarı üçün vacibdir, yoxsa yox? Bu suala cavab tapmaq lazımdır. Bir çox texniki və yardımçı vəzifələr üçün iş tapmaq baxımından qısa müddətli kursların müsbət təsirləri var".
Aysel