İlk dəfə məkəbə gedəcək uşaq nələri bilməlidir?

Elm və texnologiya 19:41 22.08.2016

Valideynlərə kömək!

Ənənəyə görə sənədlərin qəbulu zamanı gələcək birincilərə kiçik müsahibə aparılır. Müəllimlərə görə müsahibənin aparılmasında yeganə məqsəd uşaqlara tanışlıq və gələcək şagirdlərin hazırlıq səviyyəsinə uyğun olaraq siniflərin komplektləşdirilməsidir.
Qeyd edək ki, müsahibə özü də bir sınaqdır. Məktəbin bu sınaqdan, ümumiyyətlə, uşaqdan hansı gözləntiləri var?

Ümumi inkişaf

Hesab olunur ki, 6 yaşlı uşaqlar aşağıdakı bilik və vərdişlərə malik olmalıdır:

• öz adını, soyadını, valideynlərinin adlarını, onların harada işləmələrini, ev ünvanı və telefon nömrəsini bilməlidir;
• hansı ölkədə (şəhərdə) yaşadığını bilməli, ona tanış olan digər ölkə adlarını söyləməyi bacarmalıdır;
• ən geniş yayılmış bitki, heyvan, həşarat adlarını bilməli, heyvan, quşları və balıqlar bir-birindən fərqləndirməli, ev heyvanlardan seçməli, ağacları kollardan, meyvələri tərəvəz və giləmeyvələrdən seçməyi bacarmalıdır;
• vaxtdan baş çıxarmalı, günün saatlarını, ilin vaxtını, onların ardıcıllığını, ildə neçə ay olmasını, ayda neçə gün olmasını, gündə neçə saat olmasını, həftənin günlərini bilməlidir;
• təbiət və hava hadisələri barədə məlumata malik olmalıdır;
• əsas rəngləri bilməlidir;
• “sağ-sol” anlayışını bilməlidir;
• idmanın populyar növlərini, ən geniş yayılmış peşələrin adlarını, əsas yol hərəkəti qaydaları və yol nişanlarını bilməlidir;
• məşhur yazıçı və şairlərin adlarını söyləməyi bilməlidir;
• bayramları bilməlidir;
• nə ilə məşğul olmağı sevdiyi barədə danışmağı bacarmalıdır;
• ən əsası isə “məktəbə niyə gedir” sualına cavab verməyi bacarmalıdır.

İntelektual inkişaf

Uşaqlar:
• 2 oxşar şəkildə 10-15 fərqi tapmalı;
• sadə mənzərəni dəqiqliklə köçürməli;
• yaddaşına görə şəkil təsvir etməli;
• 5-6 sözdən ibarət cümləni yadda saxlamaq və onu təkrarlamalı;
• qrafiki imla yazmalı ( “bir çərçivə yuxarıda” , “iki çərçivə aşağıda”, ”iki çərçivə solda”, “iki çərçivə sağda”);
• şeiri əzbərdən söyləməli, nağıl danışmalı;
• şəklə görə hekayə tərtib etməlidir.

Riyaziyyatın əsasları

Birinci sinifə qəbul üçün uşaqların bunları bilməsi vacibdir:
• 1-dən 10-a qədər ( və əksinə ) saymağı bacarmalı, bəzi rəqəmlərin buraxıldığı saysırasını bərpa etməli;
• onluq hüdudunda hesablama əməliyyatları aparmalı, əşyaların sayını “bir”, ”iki” dəfə artırıb-azaltmağı bacarmalı;
• “çox-az-orta” anlayışını bilməli;
• sadə hesab tapşırıqlarını həll etməli;
• əşyanı iki-üç-dörd bərabər hissəyə bölməyi bacarmalıdır.


Oxu

Uşaqlar:
• hərfləri səslərdən, saitləri samitlərdən seçməyi;
• lazım olan hərfi sözün əvvəlində, ortasında və sonunda tapmağı;
• verilmiş hərfə görə söz tapmağı;
• sözləri hecalara bölməyi;
• 4-5 sözdən ibarət cümləni oxumağı bacarmalı və oxunulan sözü başa düşməlidir.

Yazı vərdişləri

Məktəbdə dərsin uğurlu başlanması üçün vacibdir;
• qələm və karandaşı əldə düzgün tutmağı;
• düz, qırıq, dalğalı, sınıq xətləri düzgün çəkməyi;
• karandaşı vərəqdən ayırmadan şəklin konturları üzərində sona qədər hərəkət etdirməyi;
• nöqtə və çərçivəyə görə şəkil çəkməyi bacarmalı, simmetrik fiqurun çatışmayan hissəsinin rəsmini tamamlamağı;
• həndəsi fiqurun nümunəsini köçrməyi;
• rəsmin ştrixlənməsini davam etdirməyi;
• rəsmləri konturdan çıxmamaq şərtilə səliqəli rəngləməyi bacarmalıdır.

Müsahibə necə keçir?

Müsahibə, bir qayda olaraq, məktəbin tədris hissə müdiri, ibtidai məktəb müəllimləri, loqoped və psixoloqun iştirakı ilə keçir. Xarici dil təmayüllü məktəblərdə isə xarici dil müəllimi də müsahibədə iştirak edə bilər. Müsahibə valideynlərin iştirakı ilə 15-20 dəqiqə çəkir. Müsahibə gedişində yuxarıdakı məcburi biliklər siyahısından olan suallardan istifadə oluna bilər. Uşağa verilən suallardan biri hökmən ‘’ Sən niyə məktəbə gedirsən ’’ olmalıdır. Məktəbə qəbul zamanı, ilk növbədə, uşağın yaşadığı ərazi, rayon əsas götürülür.

Öz uşaqlarının birinci sinfə hazırlıq olmasına (yazmaq, saymaq və əlbəttə ki, oxumaq) nail olmaq üçün bəzi valideynlər az qüvvə sərf etmirlər. Lakin həyat göstərir ki, uşaqların məktəb həyatına uğurlu adaptasiya olunmaları üçün bunlar başlıca şərtlər deyil. Ən əsas kriteriya uşağın məktəbin ilk gündən qoyduğu tələbləri (dərsdə oturmaq, müəllimə qulaq asmaq, tapşırıqları həll etmək) qəbul etməyə, öz davranışlarına nəzarət edə və məktəbin qaydalarına tabe olmağa hazır olmasıdır. Bütün sonuncu sadalananlar uşaqların məktəbə hazırlığının əsas kriteriyalarıdır.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı