Populyar video platforması "YouTube" yeni proqramını istifadəçilərinə təqdim edib. Proqramın əsas məqsədi internet bağlantısı zəif olan yerlərdə də istifadəçiləri sevindirməkdir. "YouTube Go" adlandırılan proqramla videoları yaddaşda saxlayıb, internet bağlantısı olmayanda da, yəni oflayn rejimində də izləmək mümkün olacaq.
İstifadəçi yükləmək istədiyi videonun ölçüsünü də əvvəlcədən biləcək. Videoları standart və ya daha aşağı keyfiyyətdə, daha kiçik ölçüdə yükləmək də olar. Proqram yüklənilən videonu internet bağlantısı olmadan yaxınlıqdakı istifadəçiyə göndərməyə də imkan verir.
"YouTube Go" həm Android, həm də iOS platforması üçün hazırlanıb. Proqramdan hazırda Hindistandakı istifadəçilər istifadə edə bilərlər.
"YouTube Go"nun nə vaxt tam istifadəyə veriləcəyi tarix hələki açıqlanmayıb.