2016-cı il Nobel mükafatının “Fizika” nominasiyası üzrə qalibləri açıqlanıb.
Nobel Fondunun rəsmi saytının verdiyi məlumata görə, bu mükafata ABŞ alimləri David Saules, Danken Haldeyn və Maykl Kosterilts layiq görülüb.
Alimlər mükafatı “Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi” sahəsindəki uğurlarına görə alıblar.
Qeyd edək ki, Kimya üzrə mükafat oktyabrın 5-də, Sülh üzrə oktyabrın 7-də, İqtisadiyyat üzrə isə oktyabrın 10-da elan olunacaq.
Ədəbiyyat üzrə Nobel mükafatının elan olunma tarixi qeyri-müəyyən vaxtadək təxirə salınıb.