"Soft Robotics" jurnalında dərc olunan elmi məqalədə qeyd olunub ki, Bristol Universitetinin tədqiqatçıları canlı orqanizmləri udmaqla enerji alan yumşaq robotun prototipini yaradıblar.
Belə ki, qeyri-adi robot yumşaq polimer membran vasitəsilə suyu udmaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, bu prosesdən sonra su olan biokütlə "bağırsağ"a düşür, burada bakteriyalar onu emal edərək, kimyəvi enerjini elektrik enerjisinə çevirirlər, tullantılar isə arxa açılışdan xaric olunur.