Gələn il yanvarın 11-də Almaniyanın Hamburq şəhərində Elba filarmoniyasının açılışı olacaq. Binanın tikintisinə 9 il vaxt, tikinti işlərinə isə 1 milyard dollar xərclənib.
Hamburqun yeni rəmzi Herzog & de Meuron memarlıq bürosu tərəfindən tikilib. 26 mərtəbəli göydələndə Hamburq Simfonik Orkestrindən başqa Nyu-York filarmoniya orkestrinin çıxış edəcəyi 3 konsert zalı, 5 ulduzlu "The Westin Hamburg" oteli və 45 apartament yerləşəcək. Qonaqlar şəhər və Şpayxerştadt rayonuna mənzərənin açıldığı baxış meydançasına çıxa bilərlər.
"Biz Elpphilharmonie layihəsini hazırlamazdan öncə dünyanın bütün konsert zallarına baxdıq. Bizim layihəmiz digər rəqiblərini geridə qoyacaq. Onu şəhərin mərkəzində yerləşməsi, tarixi binanın damında tikilməsi, kompaktlığı və konsert zalları unikal edir. Bundan öncə belə bir şey edilməyib", - deyə Herzog & de Meuron mütəxəssisləri bildirib.