Yerli telekanallarda yayımlanan sosial xarakterli verilişlərlə bağlı müzakirələr qızışır

Cəmiyyət 23:38 18.01.2017
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, hələ də yerli telekanallarda ciddi problemlərin qaldığını deyib.
 
O, "Azərbaycan" qəzetinə ünvanladığı məktubunda yazıb ki, əvvəlki illərlə müqayisədə efirimizdə şou xarakterli verilişlərin sayı azalıb, verilişlərin biçimində ciddi dəyişikliklər hiss olunur.
 
"Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir" — N. Məhərrəmli deyib.
 
Şura sədri konkret heç bir verilişin adını çəkməsə də, özəl telekanallardakı sosial mövzulu proqramları nəzərdə tutduğu anlaşılır.
 
O bildirib ki, MTRŞ televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır:
 
"Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atırlar.
 
Yaxşı olar ki, insanlar, o cümlədən jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar.
 
Əgər hər şeyi Şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər".
 
MTRŞ sədrinin fikirlərini Sputnik Azərbaycan-a şərh edən sosioloq Cavid Şahmalıyevin sözlərinə görə, həssas əhali qrupu ilə bağlı hazırlanan verilişlərdə sosial etikaya riayət olunmalıdır:
 
"Əgər mövzu uşaqdırsa və ya hər hansı problemi olan əhali qrupudursa, həm o insanın özünə, həm də ona qarşı işlədilən ifadələrə həssas yanaşmaq lazımdır. Təəssüflər olsun ki, bizim telekanallarda, xüsusilə axşam saatlarında efirə gedən proqramlarda, çox zaman qaydalara riayət olunmur".
 
O, milyonlarla televiziya tamaşaçısının gözü qarşısında insanların gələcəyini ləkələməyi yolverilməz hesab edir:
 
"Məsələn, bir çox hallarda uşaqlar o problemdən əziyyət çəkirlər. Bəzi telekanallar öz məqsədləri naminə onlardan istifadə edir, efirə çıxarırlar.
 
Onları danışdırırlar, halbuki azyaşlı olduqları üçün o uşaqlar hərəkətlərini anlamlı etmirlər.
 
Böyüyəndə özlərini Youtube kanallarında görəndə, bundan böyük sarsıntı keçirə bilərlər. Odur ki, həssas əhali qrupu ilə bağlı materiallar efirə verilərkən, insan hüquqları prinsipləri çərçivəsində davranmaq lazımdır.
 
Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin iradı doğrudur və yerindədir".
 
Psixoloq Vəfa Rəşidova isə hesab edir ki, insanların sosial problemlərindən bəhs edən verilişlərin mənfi tərəfləri ilə yanaşı, müsbət yanları da çoxdur.
 
"Bu mövzuya birmənalı fikir bildirməyi doğru saymıram. İnsanların sosial problemlərindən bəhs edən verilişlərin mənfi tərəfləri ilə yanaşı müsbət yanları da çoxdur" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
 
"Əsas odur ki, hazırda insanların şüuraltına nə yerləşdirilir? Bəzən sosial mövzulu proqramlarda xoşagəlməyən görüntülər müşahidə olunur.
 
Kimsə kimisə vurur, şiddət göstərir. Ancaq önəmlisi odur ki, o problemin çözümünü göstərilsin. Yəni televiziya kanallarındakı əsas niyyət nədir?
 
Problemin həllinin necə mümkün ola biləcəyini göstərmək və ona dəstək vermək" — psixoloq vurğulayıb.
 
Rəşidovaya görə, həmin verilişlərin şüuraltı təbliğatı odur ki, dəyərlər sistemi ölməsin, insanlar qarşılıqlı yardımlaşma duyğusunu itirməsin.
 
O, həmçinin yerli telekanallarda yayımlanan sosial mövzulu verilişlərin hamısını eyni kisəyə qoymağı da doğru hesab etmir.
 
"Deyirlər ki, bu verilişlər şou xarakterlidir. Ancaq hamısı elə deyil axı! Orada həqiqət olan tərəflər də var.
 
Həmin verilişlərin çoxunda, zalda psixoloq, sosioloq, hüquqşünas və s. mütəxəssislər əyləşir. Öz fikirlərini, rəylərini bildirirlər.
 
Nə qədər insan onları dinləyir, lazımlı şeylər öyrənir. Yəni məsələnin bu cür müsbət tərəfi də var. Ona görə hesab edirəm ki, belə verilişləri tənqid edərək birtərəfli yanaşmaq olmaz. Hərtərəfli yanaşmaq lazımdır" — mütəxəssis bildirib.
 
 

 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Hamısı