"Baş verən anlaşılmazlıqla bağlı bildirim ki, Palmali Şirkətlər Qrupunun prezidenti ABŞ yeni prezidenti Donald Trampın inaqurasiya mərasimində həqiqətən iştirak edib. Bununla bağlı görüşü əks etdirən fotolar sayta ötürülərkən elektron ünvana səhvən iki montaj fotosu da yüklənib. Baş verən anlaşılmazlıq sırf texniki səhv olub və ümid edirik hər kəs bunu bu formada qəbul edər".
Bu barədə "Palmali" şirkətinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib.
Mübariz Mənsimovun ABŞ prezidentinin inaqurasiya mərasimində çəkilən fotolarını təqdim edirik: