Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb.
Bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
O bildirib ki, hava şəraiti reyslərə təsir etməsə də, bütün istiqamətlərdə avtobusların gediş-gəlişində gecikmələr yaranıb:
“Sürücülər hava şəraiti ilə əlaqədar təlimatlandırılıb və təhlükəsizlik səbəbindən avtobusları aşağı sürətlə hərəkət etdirirlər.
Bu isə gecikmələrə səbəb olur. Hazırda avtovağzalda sərnişin azlığı müşahidə olunur”.