`Mənim vətənim Azərbaycandır` Mixail Qusman

Cəmiyyət 00:22 08.02.2017
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, jurnalist, bakılı Mixail Qusman “Radio Svoboda”nın “Kult liçnosti” proqramının qonağı olub. O, öz ailəsi, Bakıda keçirdiyi uşaqlıq və gənclik illəri, öz sənəti və “Formula vlasti” müəllif proqramının qonağı olmuş məşhur adamlar haqqında danışıb.
 
Mixail Qusman “Formula vlasti” proqramının müəllifi və aparıcısı kimi dövlət və hökumət başçılarından 350-dən çox müsahibə alıb. Aparıcı Leonid Velexovun üç ən yaxşı müsahibənin adını çəkmək barədə xahişinə cavab olaraq, jurnalist Çin lideri Tszyan Tszemin, Səudiyyə Ərəbistanının Kralı Abdulla ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də adını qeyd edib: “Heydər Əliyev. Hətta mənə elə gəlir ki, burada, hər şey aydındır. Ona görə ki, mənim formalaşmağım partiya təşkilatının, respublikanın birinci şəxsi kimi Heydər Əliyevin dövründə olub. O, Sovet Azərbaycanına uzun illər rəhbərlik edib. Mən isə orada komsomol idim. Mən həmişə deyirəm: “L.Brejnevi hər yerdə yaxşı qarşılayırdılar. O D.Kunayev, V.Şerbitski ilə dostluq edirdi. Lakin o, “Qazaxıstan iri addımlarla irəliləyir” deməyib, “Ukrayna irəli addımlarla irəliləyir” də deməyib. Amma o deyib: “Azərbaycan iri addımlarla irəliləyir”... Azərbaycanın uğurları, nəticələri L.Brejnevi belə sözlər deməyə sövq edib. Bu, mübaliğə deyil.
 
Heydər Əliyev, əlbəttə, əfsanəvi siyasətçi idi. Mənim nəzərimdə təəccüb doğuracaq zəkaya və fenomenal yaddaşa malik idi. Bu müsahibə 2002-ci ildə olub. Özü də mən ondan yarım saatlığa xahiş etmişdim, lakin biz üç saat danışdıq! Mənə elə gəldi ki, bu, etiraf söhbətidir. O, heç vaxt bu cür böyük müsahibə verməmişdi. Bu, çox gözəl söhbət idi. Onu əbəs yerə “hakimiyyət ustadı” adlandırmayıblar. Fikrimcə, onun siyasi istedadına görə Azərbaycan həddindən artıq kiçik ölkə idi. Elə buna görə də Andropov onu Siyasi Büroya dəvət etdi... Əminəm ki, Andropov bir neçə il yaşasaydı, Heydər Əliyev sovet hökumətinin başçısı ola bilərdi.
 
Mixail Qusman müsahibəsində deyib ki, o, hər ad gününü Bakıda qeyd edir. “Mən Bakını, öz doğma şəhərimi sevirəm və hər dəfə imkan düşəndə oraya gedirəm. Orada mənim valideynlərim dəfn edilib. Əgər mən heç olmasa ayda bir dəfə hər hansı bazar günü onların məzarına baş çəkməsəm (çünki bir qayda olaraq, qəbiristanlığa bazar günlərində gedirlər), özümü pis hiss edəcəyəm. Anam çoxdan – 1977-ci ildə vəfat edib. Atam onun yoxluğuna çox tab gətirə bilmədi. Ona görə də mən o vaxtdan çalışıram ki, ayda heç olmasa bir dəfə valideynlərimin məzarı üstünə gedim”, - deyə M.Qusman bildirib.
 
Jurnalist hər il Azərbaycanın paytaxtında keçirilən Bakı Humanitar Forumundan danışaraq deyib: “Xoşbəxtəm ki, Rusiya və Azərbaycan tərəfindən təsis olunan, indi isə iki prezidentin – Vladimir Putin və İlham Əliyevin himayəsi altında keçən beynəlxalq humanitar foruma bağlılığım var”.
 
Aparıcı Leonid Velexovun onun özünü qafqazlı, rus və ya yəhudi hesab etməsi barədə sualını Mixail Qusman belə cavablandırıb: “Ömrümün böyük hissəsini boya-başa çatdığım Bakı şəhərində keçirmişəm... Bakılı kimi bir millətin mövcudluğu barədə sözlər əbəs yerə deyilmir. Mən 10 il məktəbdə oxumuşam. Sonra öyrəndim ki, sinfimizdə on bir millətdən uşaqlar təhsil alıblar. Ailəmizin dörd nəsli Pyotr Montin küçəsi 111 ünvanında yaşayıb. Ev indiyədək qalır... 1899-cu ildə tikilmiş üçmərtəbəli binadır. Biz ikinci mərtəbədə yaşayırdıq. Orada doqquz mənzil vardı və altı millətin nümayəndələri yaşayırdılar... Mən bunu yenə də sonralar başa düşdüm. Uşaq vaxtımdan yalnız bütün bayramların – rus Pasxası, müsəlman Novruzu, yəhudi bayramlarının necə qeyd edildiyini xatırlayıram. Həmişə də hamı bir-birinə şirniyyat aparırdı. Bayramlarda ən ləzzətli nə hazırlanırdısa, onu qonşular bir-birinə aparırdılar. Bu şəhərdə indi multikulturalizm adlandırılan mühit var idi. Lakin o zaman bunu xüsusi sözlərlə adlandırmırdılar, sadəcə, insanlar bir ailə kimi yaşayırdılar. Bu həqiqətdir, bu, nostalji mifologiya deyil. Bu, əsl həqiqətdir.
 
Başa düşürsünüz, mən tam rus mədəniyyətinin adamıyam, bununla belə milliyyətə, qana görə yəhudi, tarixi yaddaşa görə Azərbaycan vətənpərvəriyəm. Bütün bunların hamısı məndə birləşib. Mən özümü rus tarixi və xüsusən mədəniyyəti ilə tam eyniləşdirirəm. Mənim qəlbimə yəhudi kökləri yaxındır. Və mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir, ondan ötrü həyəcan keçirir və onun barəsində düşünürəm”.
 
Proqramın aparıcısı Leonid Velexov həmsöhbətinin sözlərinə qoşularaq xatırladıb ki, onun da ailəsi Bakı ilə sıx bağlıdır: “Mənim nənəm və babam oradandır. Onlar “Şamaxinka”da yaşayıblar. Babam alman, nənəm isə rus idi. Babam Nobellə birlikdə Bakıya neft çıxarmağa gələn alman ailələrindən idi. Mən də Bakını çox sevirəm. Bu, tamamilə xüsusi bir şəhərdir”.
 
Aparıcının “Multikulturalizm, gözəl qadınları (hər halda bunlar təkcə Bakı şəhərində deyil) ilə yanaşı, Bakının sirri nədədir?” sualına Mixail Qusman belə cavab verib: “Mən Bakıya gələndə, xüsusilə də hava günəşli olanda (belə günlər orada çox olur) şəhərdə gəzməyi sevirəm. Bir dəfə şəhərdə gəzirdim və qarşıdan qızlar gəlirdi. Baxıb gördüm ki, mənim tanış qızım gəlir. Yalnız yaxınlaşandan sonra başa düşürəm ki, o, mənim tanışımın nəvəsində yerində olar. Bax bu, çoxlu qanların qarışdığı bakılı qızın tipajıdır... Maraqlıdır. Çox-çox əvvəl, hələ komsomolda işlədiyim vaxt fikir verdim ki, 1970-ci illərdə müxtəlif millətlər arasında ən çox nikah Bakıda olub. Mən özüm yarıpolyak olan azərbaycanlı ilə ailə qurdum. Bunlar hamısı qarışıb. Bu da mühitə təsir etməyə bilməzdi. Bu, beynəlxalq münasibətlərə təsir etməyə bilməzdi”.
 
1990-cı ilin yanvar hadisələrindən danışan Mixail Qusman Bakıda və Sumqayıtda baş verənləri təxribat adlandırıb: “Mən həmin vaxt artıq Moskvada yaşayırdım. Ona görə də təəssüf ki, mənim təsəvvürüm hər halda bitkin olmayacaq. Hesab edirəm ki, bunlar böyük və qorxunc təxribatlar idi. Hər şeydən əvvəl, başa düşmək lazımdır ki, Sovet İttifaqı... Sovet xüsusi xidmət orqanları ittifaq respublikalarında baş verən mərkəzdənqaçma qüvvələrindən narahat olmuşdular. Bu təkcə Pribaltikada deyil, Azərbaycanda da, Gürcüstanda da, Qazaxıstanda da baş vermişdi. Bu, hər yerdə oldu. Düşünürəm ki, bu ərazilərdə münaqişələr, savaş yaratmaqla çalışırdılar ki, yerli elita kömək üçün mərkəzə müraciət etsin. Axı bunların arxasında duran adamlar təsəvvürlərinə gətirmirdilər və hətta güman etmirdilər ki, bununla onlar Sovet İttifaqının dağılmasına kömək edirlər. Onlar bunu başa düşə və təsəvvür edə bilməzdilər. İndiyədək nə baş verirsə, oradan - Sovet İttifaqından qaynaqlanır. Bunların hamısı təxribat xarakteri daşıyır və düşünülmüş şəkildə edilmişdi. Mən, məsələn, bakılıların tolerantlığına, azərbaycanlıların tolerantlığına inanıram. Bütün bunlar cəmiyyətin ən aşağı təbəqəsinə hesablanmış məqsədyönlü təxribatlar idi. Əslində adamları təxribata yönəltmək elə də çətin deyil. Mən deyə bilmərəm ki, bakılılar ermənilərə nifrət edirlər. Mən bunu bu gün də hiss etmirəm. Lakin həmin təxribatların nəticələri, əlbəttə, gələcək nəsillər üçün nifrət toxumları cücərdib”. 
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı