Fevralın 25-dǝ Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq Paris Azǝrbaycan Evi uşaqlara hǝsr olunmuş « Sülh üçün rǝsm çǝkǝk » adlı tǝdbir tǝşkil edǝcǝk.
"Eurasia Diary" xəbər verir ki, müsabiqǝ xarakteri daşıyan bu tǝdbirdǝ uşaqlar Xocalı soyqırımını yad edǝrǝk, soyqırım qurbanlarının xatirəsinə vǝ sülhǝ həsr olunan rǝsmlǝr çǝkǝcǝklǝr.
Gǝnc iştirakçıların çǝkdiklǝri rǝsmlǝr tǝdbirin sonunda Azǝrbaycan Mǝdǝniyyǝt Mǝrkǝzindǝ sǝrgilǝnǝcǝk.