Türkiyədəki referendumla əlaqədar aprelin 9-da bu ölkənin Azərbaycandakı səfirliyində səsvermə keçiriləcək.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, həmin gün xaricdəki bütün səsvermə məntəqələri işini yekunlaşdırmalıdır:
“Türkiyədə səsvermə aprelin 16-da keçiriləcək. Azərbaycanda 5200 Türkiyə vətəndaşı konsulluq qeydiyyatındadır”.
Xatırladaq ki, Türkiyədə keçiriləcək referendumda xalq Konstitusiya dəyişikliyi təkliflərinə münasibətini bildirəcək.