Fevralın 26-da Bakı metrosunun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, saat 12:00-dan "Xətai" stansiyasına giriş açıq olacaq.
Saat 15:00-dan etibarən "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək.