“Jurnalistlər üçün inşa edilmiş binada mənzillərin təmiri işləri hazırda sürətlə davam edir”.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
MŞ sədri bildirib ki, jurnalistlər üçün tikilən binada görülən işlər bu ilin yayına qədər yekunlaşa bilər: “Həmçinin evlərin jurnalistlər arasında bölünməsi bu ilin yayında baş tuta bilər. Ancaq bununla bağlı dəqiq məlumata malik deyilik. Adətən soruşurlar ki, ev almaq üçün hansı sənədlər tələb olunacaq və bu il əlavə sənədlər olacaqmı və sairə. Hələlik bu məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməmişik. Bu dəfə hansı meyarlar olacaq, bununla bağlı dəqiq məlumatım yoxdur. Əgər evlərin təmiri işləri bu ilin yayına qədər yekunlaşsa və mənzillərin paylanılması mümkün olsa, bundan bir ay öncə də sənədlərin toplanılması həyata keçiriləcək. Evlər hazır olan kimi jurnalistlər arasında bölünəcək”.