50 yaşlı şair dostum

Cəmiyyət 14:05 12.08.2017
Hansısa anlamda qəddar təsir bağışlayan deyim var: Tanrı bizə istədiyimiz insanları vermir. O bizi yalnız ehtiyac duyduğumuz insanlarla üzləşdirir.
 
Bəlkə də bu yetərlidir, nə bilmək olar? Axı niyyət belədirsə, başqa mətləblər öz əhəmiyyətini itirir və bizlər sadəcə yaşayışımızın, dəyərlərimizin, çevrəmizin formalaşmasının ortaq nöqtələrini axtarırıq. Öz aləmimizdə o nöqtələri tapır, yaxud tapdığımızı zənn edirik. Düşünür, hansısa qənaətə gəlir və həyat yolumuzu müəyyənləşdiririk. Sevgiyə, niyyət saflığına söykənən yolu əsas tuturuqsa, şəxsiyyəti və varlığı ilə bu dəyərləri özündə cəmləşdirən insanları görməyi bacarırıq.
 
Bəlkə o insanlar heç bunun fərqində deyillər, ola bilər o insanlara layiq olduqları qiyməti verə bilmirik, yaxud üstünlükləri nədir anlamırıq. Maraqlıdır ki, onları fərqli bilirik. Hesab edirik ki, onlarla sirr paylaşmaq, dostluq etmək, yol yoldaşı olmaq, ideyaları, bir sözlə, həyatımızı zənginləşdirən məqamları bölüşmək mümkündür. Yalnız mənim deyil, məni əhatə edən yaxşıların fərqləndirdiyi, hər kəsin dəyər verdiyi, varlığı ilə həyat yolumuza zənginlik gətirən bir İnsanın - Elçin Mirzəbəylinin 50 yaşı tamamdır.
 
Elçin Mirzəbəyli şəxsiyyətdir. Bəli, o, imzasını, ruhunu dəyərə çevirməyi bacaran bütöv şəxsiyyətdir. Yubilyar gözəl şair olmaqla yanaşı, mənim zənnimdə gözəl publisistdir, prinsipial ictimai-siyasi xadimdir, sözün əsl mənasında jurnalistdir, türkçüdür, VƏTƏNPƏRVƏR ziyalıdır.
 
Elçin Mirzəbəyli Uca Tanrının bizə bəxş etdiyi məhz ehtiyac duyduğumuz insandır. Onu sözümün əvvəlində təsvir etdiyim qəddar ampluasında göstərməyimə səbəb isə şairliyidir. Elçin bəyə şair deyə müraciət edirəm. Şairin şerlərindəki fikirlər, xəyallar beyin qatımızı sanki qaşıyır, bizə zülm verərək bir növ unudulmuş nələrinsə həmin qatda təkrar lövbər salmasına şərait yaradır. Xatirələr canlandıqca bir anlıq sınırsan və məhz sevgi naminə dirçəlir, düşünürsən. Mirzəbəylinin bütöv yaşantıya, məxsusi, qeyri-adi ifadə tərzinə, inanılmaz texnikaya malik dəst-xəttini anlayan üçün özünə qayıdış ruhu var. İnsan sanki yenidən doğulur, durulur, paklaşır, üsyan edir və mücadilə ovqatına köklənir. Bəli, qətiyyətlə demək olar ki, Elçin yeni gün, əsl sevgi, təmənnasız, qayğısız həyat uğrunda mücadilə mərhələsinin ruhundan nəşət alan şairdir. Şairin ən böyük silahı isə romantizmdir. Milləti səsi boğulmamaq üçün ayağa qaldıran romantizm. Millət üçün ölümü belə şirinləşdirən romantizm...
 
Elçin Mirzəbəyli prinsipial siyasətçidir. Ümumən həyatımız siyasət üzərində qurulub. Hər birimiz müəyyən qədər siyasətçiyik. Və əlahəzrət siyasət istər-istəməz bizlərə öz şərtlərini diqtə edir. Bəzən həmin şərtləri qəbul etməkdən başqa əlacımız qalmır. Ancaq düşünürəm ki, burada da kompromiss variant var. Elçin Mirzəbəyli siyasətdə öz oyununu oynayır. Oyunun qaydaları isə çox sadədir. Yetər ki, ilk növbədə vicdanını, şərəfini, ləqayətini və əqidəni düşünəsən, prinsipiallığını əldən verməyəsən. O zaman hər kəsin gözündə yüksəlirsən. Hətta səni istəməyənlərin, baxışlarını qəbul etməyinlərin gözündə belə böyüyürsən. Elçin siyasəti əxlaqına, məntiqi təfəkkürünə tabe etdirən, mövqeyinə sadiq qalmağı bacaran siyasətçidir.
 
Elçin Mirzəbəyli jurnalistika və publisistkanı daim vəhdətdə saxlayan, hər iki janrı bir-birinin özəllikləri ilə çulğalaşdıran istedadlı qələm sahibidir. Onun hadisə və proseslərə yanaşma tərzinə hakim kəsilən cəhət ədalətdir. Məqalələrini oxuduqca konkret bir məsələyə nəzərən ortaya qoyduğu ədalətin əslində neçə-neçə mətləblərə aydınlıq gətirdiyini aşkar görürsən. Və məhz buna görədir ki, Elçin Mirzəbəyli qələminin mürəkkəbindən süzülən ədalət həm də vətənpərvərlik çağırışıdır. Vətənpərvər olmaq üçün əlavə pafosa filana ehtiyac yoxdur. Öz işində ədalətli və dürüst olursansa, demək, vətənpərvərsən.
 
Dediyim kimi, hansısa mücərrəd formullara ehtiyac yoxdur - səmimi, üzvlərinin bir-birinə qayğı ilə yanaşdığı kollektivə rəhbərlik edirsənsə, vətənpərvərsən. Vətənə, xalqa layiqli övladların yetişdiyi bir ailən varsa, vətənpərvərsən. 50 yaşlı Elçin Mirzəbəyli bütün mənalarda xamırı türkçülüklə, milliliklə yoğrulmuş əsl vətənpərvərdir. Hesab edirəm ki, onun zəngin ömür yolu həm də nümunədir, etalondur. Bu nümunəyə sədaqət, mərdlik, dostluq, alicənablıq keyfiyyətləri ayrıca rəng qatır.
 
50 illik yubileyin mübarək, əziz və hörmətli şair dostum! Uca Tanrı hər zaman yar və yardımçın olsun. Arzularına çatasan! Sənin arzuların həm də bu xalqın və millətin arzularıdır. Sən ürəyi xalq və millət üçün döyünən ziyalısan! Möhkəm ol, sağlam ol, Var ol!
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı