Faytonçu Nazim mediaya məlumat verərkən, xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib.
Faytonçu ləqəbli ifaçı həddən artıq çəki itirməsinə görə, azərbaycanlı həkimləri günahkar bilib:
"Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqdan sonra İsrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş qaytarıram". (Teleqraf.com)