Faytonçu Nazimi şikəst edən həkim necə cəzalana bilər?

Cəmiyyət 13:39 25.08.2017

Son vaxtlar həkim səhlənkarlığının qurbanı olan xəstələrin sayı artıb. Yalnız son faktlar bir sıra həkimlərin xəstələrə necə biganə yanaşdığını deməyə əsas verir. Tez-tez xəbər portallarında həkim terrorunun qurbanı olaraq şikəst qalan, yanlış əməliyyat edilən, kor olan, dünyasını dəyişən insanlarla bağı xəbərlərlə rastlaşırıq. Onların içərisində tanınmışlar da var. Onlardan biri də müğənni Nazim Pişyaridir. Bir neçə dəfə ölüm xəbəri yayılan Nazim Pişyarini (Faytonçu Nazim) həkimlər yanlış müalicə, səhv əməliyyat nəticəsində tanınmaz hala salıb.

Nazim mediaya açıqlamasında həkimin cəzalandırılması və 62 min manat pulunun geri qaytarılması üçün məhkəməyə müraciət edəcəyini deyib. İddialara görə, bu cür savadsız həkimlər hətta sadə əməliyyatları belə edə bilmir və insanları öldürürlər.

Bu cür həkimlərin cəzalandırılması isə həkim səhvinin qurbanı olan BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının vəfatı ilə başlandı. Qeyd edək ki, E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı anestezioloqun düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağciyərinin funksiyasının pozulması və tənəffüs çatışmazlığı ilə dünyasını dəyişmişdi.

Maraqlıdır, həkim səhvi əgər xəstənin vəziyyətini daha da pisləşdirir və ya onun ölümünə səbəb olursa, həkimi hansı cəza gözləyir?

Qeyd edək ki, Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquqşünas Səməd Vəkilov dedi ki, bu cür işlərdə həkim təəssübkeşliyi mənfi rol oynayır: “Bu zaman iki məsuliyyətdən söhbət gedir, birincisi cinayət məsuliyyəti, ikincisi isə mülki məsuliyyət. Müğənni Nazim əgər bu barədə şikayət edibsə, o həkim vurulmuş zərərlə bağlı cinayət məsuliyyətinə cəlb edilməlidir. İndi president var. İlk dəfə tənqidçi alim Elnarə Tofiqqızı ilə bağlı məsələdə Ali Məhkəmə sonuncu qərarı ilə klinika və əməliyyatda iştirak edən 3 həkimin 75 min manat mənəvi təzminat ödəməsi ilə bağlı qərar qəbul etdi. Ayrıca olaraq maddi zərərlə bağlı da 2 fərqli iddia qaldırılıb və hazırda biri Yasamal Rayon Məhkəməsində, digəri isə Bakı Apelyasiya Məhkəməsində davam edir. Yəni demək istəyirəm ki, bu işlə bağlı artıq məhkəmə təcrübəsi var. İlk fundamental president Elnarə Tofiqqızının ölüm işindən sonra yarandı. Azərbaycanda ilk dəfə olaraq həkim səhlənkarlığı nəticəsində pasiyentin dünyasını dəyişməsinə görə maddi, mənəvi zərərin ödənilməsi, cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı məhkəmə qəti tədbirlər gördü və təcrübə yarandı. Həkim səhlənkarlığı, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ilə qədər cəza tətbiq edildikdə, məntəqə rejimi seçilir. Məntəqə rejimli də həbs sayılmır. E.Tofiqqızının vəfatı ilə bağlı prosesdə CM-in 2 maddəsi - ehtiyatsızlıq və sənəd saxtalaşdırılması maddələri - üzrə ittiham elan olunduğundan, həkimin cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi barədə qərar verildi. Ancaq maddi və mənəvi təzminat üçün bunlar heç bir rol oynamır, o, tamamilə fərqli presedentdir və bu presedent də E.Tofiqqızının işi üzrə keçirilən məhkəmə proseslərində yaranmışdır. Bu tip məsələlərdə pis cəhət ondan ibarətdir ki, həkim təəssübkeşliyi burada mənfi mənada ciddi rol oynayır. Ekspertiza çalışır ki, həmişə həkimlərin xeyrinə qərar qəbul eləsin ki, burada həkim səhvi olmayıb. Ona görə də həkim səhlənkarlığına son qoyulması ilə bağlı cəmiyyətin ciddi təpkisi lazımdır. Bu işdə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və jurnalistlərin üstünə böyük iş düşür”. (Musavat.com)

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Hamısı