Paytaxtın Səməd Vurğun küçəsində maraqlı hadisə yaşanıb.
Gənc cütlük öz toylarına getmək üçün ictimai nəqliyyatı seçiblər.
Onların dayanacağda avtobus gözləmələrini əks etdirən fotolarını Milli Məclisin deputatı Aydın Mirzəzadə öz Facebook hesabında paylaşıb.
"İndiki bəy-gəlinlər təəccübləndirməyi bacarırlar, xoşbəxt olsunlar”, - deputat fotolara şərhdə yazıb.