Valideynlərə çağırış övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Cəmiyyət 20:52 31.08.2017
Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının qarşısında artıq xeyli müddətdir ki, çay evi açılıb. Çay evi açılan gündən, avtomobil yolunun hər iki tərəfi maşınlarla dolu olur. Yəni, çay evinin xüsusi parkinqi olmadığı üçün ora gələn müştərilər avtomobillərini yolda saxlayırlar.
Hazırda məktəblilər tətildə olsalar da, bir neçə gündən sonra yeni tədris ili başlayır. Əsl mərəkə də, o vaxt başlayacaq.
 
Əvvəla, həmin ərazidə avtomobil sıxlığı şagirdlər və valideynlər üçün təhlükə mənbəyinə çevriləcək. Digər tərəfdən, yuxarı sinif şagirdlərinin fikri həmin çay evində olacaq. Elə mütəxəssislər də deyirlər ki, məktəblərin, tədris müəssisələrinin yaxınlığında kafe, restoran, çay evi kimi qurumların olması uşaqların psixoloji baxımdan normal inkişafı üçün təhlükə yarada bilər.
"Güzgü Dəyişim və İnkişaf Mərkəzi"nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a bildirir ki, məktəblərdə hər yaşda uşaqlar təhsil alırlar və onların yaşlarına görə xüsusiyyətləri olur: "Uşağın ən pis keçid dövrü sayılan 8-16 yaş dövrü məktəb dövrünə təsadüf edir. Buna görə də, məktəbin yanında çay evləri, publar, barlar və s. bu kimi obyektlərin olmasına icazə verilməməlidir".
 
Mütəxəssis hesab edir ki, məktəb ətrafında kitabxanaların və idman zallarının olması daha yaxşı olar: "Çünki belə yerlər uşaqların düzgün tərbiyə alması və boş vaxtını səmərəli keçirməsi üçün vacibdir. Hər bir valideyn düşünməlidir ki, "mənim uşağım boş vaxtında pivə içib, qəlyan çəksə yaxşıdır, yoxsa kitab oxuyub idmanla məşğul olsa?" Belə halla qarşılaşan valideynlər aidiyyatı qurumlara müraciət etməlidirlər".
 
Təhsil eksperti Kamran Əsədov da o fikirdədir ki, məktəblərin yanında kafe-restoranların, çayxana və pivəxanaların mövcudluğu nə pedaqoji, nə də psixoloji baxımdan məqsədəuyğundur. "Bunun həyata keçirilməsi, fəaliyyət göstərməsinin özü belə, tərbiyəsizlikdir. Çünki məktəb təlim-tərbiyə yeridir" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
"Alkoqollu içkilər verilən obyektlərin məktəblərin bilavasitə yaxınlığında olması həm tədris prosesinin özünə, həm də uşaqların formalaşmasına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərin həndəvərində tütün və spirtli içkilərin satışı qadağan olunmalıdır" — Əsədov əlavə edib.
Onun fikrincə, bu məsələyə icra hakimiyyətləri və bələdiyyələr nəzarət etməlidir: "Xüsusilə məktəb rəhbərliyi bu kimi problemləri dərhal aradan qaldırmalıdır. Bəziləri Qarabağ əlili və yaxud şəhid oğlu adı ilə yer alır. Dəftər-kitab dükanı adı ilə açılan dükanlarda bir də görürsən siqaret də satırlar. Bu isə qəbul edilə bilməz".
 
K. Əsədovun sözlərinə görə, təəssüf ki, aidiyyəti dövlət orqanları tərəfindən bu məsələ nəzarətdə saxlanılmır: "Bu tipli iaşə obyektlərinin məktəblərin yaxınlığında fəaliyyəti qanunvericiliyə ziddir. Və vətəndaşlar belə halla qarşılaşan zaman icra hakimiyyəti, polisə müraciət etməlidir. İcra Hakimiyyəti və polis birbaşa bunu təmin etmək hüququna malikdir. Yəni, o obyektlərin fəaliyyətini dayandırmaq üçün birbaşa təsir göstərir".
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Hamısı