Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir?

Cəmiyyət 20:31 01.09.2017

Eurasia Diary Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı hacı Fəxri Sadiqovun Qurban bayramının yaranma tarixi, müsəlman aləmində yayılması və qurban kəsmənin vacib şərtlərinə dair məqaləsini təqdim edir:

"Uca Allahın rəhmət və mərhəmətinə yaxınlaşma bayramı"

İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. "Qurban" ərəb dilində "Qurb" sözündən olub, Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir. Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir. Allah müqəddəs Quranda deyir - "Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi.

Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: "Səni hökmən öldürəcəyəm!" Qardaşı da ona belə demişdi: "Allah ancaq müttəqilərdən qurban qəbul edər" - Maidə surəsi, 27-ci ayə.

"Qurban bayramı əsl mahiyyətindən çıxmışdı"

Bu ayədən açıq aşkar görünür ki, ilk qurbanı həzrəti Adəmin ə.s oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurban etmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər. Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır. Həzrət İbrahim ə.s və oğlu İsmayıl ə.s vasitəsi ilə Allah bu qanunu kamil olaraq yenidən öz gözəlliyinə qaytarır.

"Məhəmməd peyğəmbərin zamanınıda Qurban bayramı"

Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütəvilik halını alır.

Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə vacib deyil, ixtiyari hökmdədir.

"Qurbanı kəsərkən nəyə diqqət etməliyik?"

Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır. "Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: "Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)" - Həcc surəsi

34-cü ayə.

Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür: 

1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır.

2. Bəqar (inək və camış cinsləri) 1-dən artıq yaşı tamam olmalıdır.

3. Qoyun (qoyun və keçi cinsləri) 7 və ya 8 aylığından artıq olmalıdır.

"Qurbanlıq heyvan  sağlam və nöqsansız olmalıdır"

Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı həm fərdi həmdə müştərək qayda kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda kəsilmə və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar.

Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tamışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islam əxlaqı cəhətdən icazəli deyil. Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da olar. Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin.

"Fərdi və müştərək qaydada kəsilən heyvanların bölüşdürülməsi qaydaları"

Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır. Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir.

1. Qurban kəsənin ailə üzvlərinin payı;

2. Onun "sileyi-rəhm" yəni qohum əqrəbadan olan ehtiyaclıların payı;

3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı.

Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur: "Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə,

Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!" - Həcc surəsi 37-ci ayə. Bu il müqəddəs Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 1 və 2-Sentyabrda qeyd ediləcək. Qurban bayramının namazı isə Sentyabrın 1-də saat 09:00-dan etibarən məscidlərdə qılınmağa başlanacaq.

Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun! (report.az)

Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO

Xəbər xətti

"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Hamısı