Avtomobil satışı ilə məşğul olan bəzi işbazlar maşınların spidometrlərinə müdaxilə edir və avtomobilin az məsafə getdiyi qənaəti yaradılır.
Bu yolla avtomobil real qiymətindən baha satışa çıxarılır. Bununla da alıcılar aldadılır və onların pulları mənimsənilir. Avtomobil şirkətləri spidometrə müdaxilənin qarşısını almaq üçün bir neçə üsuldan istifadə edirlər. Ancaq bu yenə də dələduzların avtomobilin göstəricilərinə müdaxiləsinin qarşısını tam almaqda yetərsizdir.