Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başladı | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başladı

Cəmiyyət A- A A+

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar 2017-ci il sentyabrın 6-dan 13-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək. (trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...