Xaricdə təhsil almaq istəyənlər bunları bilsin Diplomlar

Cəmiyyət 12:20 06.09.2017
Xaricdə təhsil alan azərbaycanlıların təqribən yarısının diplomu Azərbaycanda tanınmır.
 
Nazirlikdən bildirilib ki, 2007-2016-cı illər ərzində diplomların tanınması ilə bağlı Təhsil Nazirliyinə 20 min 520 müraciət daxil olub. Bu müraciətlərin təqribən 55%-i müsbət cavablandırılıb.
 
Ən problemli ölkələr hansılardır?
 
Qeyd edək ki, diplomların tanınması Təhsil Nazirliyinin qəbul etdiyi qaydalara əsasında həyata keçirilir. Belə universitetlərə qarşı müəyyən tələblər var. Məsələn, nazirlikdən bildirilib ki, ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan, müvafiq lisenziya və akkreditasiyaya malik xarici universitetlərin diplomları ölkəmizdə tanına bilər.
 
Tanınmasından imtina olunan diplomlar əsasən, MDB ölkələrindəki universitetlərinin verdiyi sənədlərdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev fins.az-a açıqlamasında bunu həmin ölkələrdə təhsil alan gənclərin təhsil keyfiyyətinin aşağı olması ilə izah edib:
 
«Diplomların tanınması prosesində biz hər kəsə fərdi yanaşaraq oxuduqları müddətdə dərslərdə iştirakı və aldığı təhsilin keyfiyyətini araşdırırıq. Avropa ölkələri, Türkiyə və digər ölkələrin diplomlarının tanınması ilə bağlı ciddi problem yaşamırıq. Ən çox MDB ölkələrinin universitetlərinin verdiyi diplomlardan imtina edilib. Araşdırmalar zamanı məlum oldu ki, həmin həmin tələbələrin orada dərsə davamiyyəti normativlərə cavab vermir».
 
Diplomlar nəyə əsasən tanınır?
 
Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması (nostrifikasiya) hələki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müddəaları” (http://e-qanun.az/framework/1313) əsasında aparılır.
 
Xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi isə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası» və təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar»a ( http://edu.gov.az/az/page/299/7979 ) uyğun həyata keçirilir.
 
Qaydaların 1.7 bəndinə əsasən, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Eyni zamanda xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri, TQDK-nın keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.
 
Reytinqli universitetlərin diplomları tanınır
 
Yuxarıda qeyd edildiyi kimi, diplomlar tanınarkən, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri də nəzərə alınır. Bəs bu zaman hansı reytinqlər əsas götürülür? Təhsil Nazirliyindən fins.az-a bildirilib ki, bunun üçün bir neçə reytinqdən istifadə edilir. Bunlar aşağıdakılardır.
 
Ən yaxşı ali təhsil müəssisələrinin reytinqləri
 
1. Times Higher Education World University Rankings
 
( http://www.timeshighereducation.co.uk/world-university-rankings/2013-14/world-ranking;
 
2. Quacquarelli Symonds – QS World University Rankings (http://www.topuniversities.com/university-rankings );
 
3. Academic Ranking of World Universities - Shanghai Ranking
 
( http://www.shanghairanking.com/ARWU2013.html) yer alması,
 
Diplomların tannımasında yenilik olacaq
 
Yaxın vaxtlarda isə diplomların tanınmasında yenilik gözlənilir. Samir Vəliyev bildirdi ki, bununla bağlı yeni qaydalar layihəsi hazırlanıb: «Yeni qaydalara əsasən, xarici ölkələrdə fəaliyyət göstərən 500 ali təhsil müəssisəsinin siyahısı hazırlanıb. Həmin siyahıda adı çəkilən universitetlərin diplomu tanınacaq. Siyahıda olmayan ali məktəbi bitirənlər isə TQDK-nın xətti ilə xüsusi qaydada imtahan ediləcək». Layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib.
 
Distant təhsil ümumiyyətlə tanınmır
 
Xarici universitetlərdə distant yolla təhsil alan tələbələrin diplomları birmənalı olaraq tanınmır. S.Vəliyev bunu həmin təhsil formasının ekvivalentliliyinin, diplomun tanınma mexanizminin olmaması ilə izah etdi.
 
Diplomun tanınması nədir?
 
Xaricdə təhsil alıb geri dönən gənclər əllərindəki diplomla işə düzəlməyi, həyatlarını dəyişməyi planlaşdırırlar. Ancaq diplomun tanınması məsələsi ortaya çıxandan bu istəklərinə tez nail olmaları çətinləşib. Bəzən isə bu ümumiyyətlə mümkün olmur.
 
Xaricdəki təhsil müəssisələrinin verdiyi diplomları Təhsil Nazirliyi tanımazsa, həmin şəxs burda təhsilini yuxarı pillələrdə davam etdirə bilməz. Beləliklə, elmi araşdırmalarla məşğul olması da əngəllənir.
 
Diplomu tanınmayan şəxs ali təhsilli vətəndaş kimi işə qəbul edilmir. Beləliklə, 4 il vaxt və xərclənən külli miqdarda vəsait batır. Ona görə də S.Vəliyev xaricə təhsil almağa gedərkən bu məsələlərə diqqət yetirməyi tövsdiyə edir./Fins.az/
 
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Hamısı