"Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram"
Bunu azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov sosial şəbəkədəki hesabında yazıb.
İş adamı heç vaxt ermənilərlə ticarət əlaqəsi qurmayacağını bildirib.
"Ermənilərə qarşı hər zaman antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşında olub. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsinlər"- Mənsimov vurğulayıb.