Məhərrəm ayının tarixi və İslamda rolu İki ay yas saxlamalıyıqmı?

Cəmiyyət 11:17 22.09.2017

Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Müsəlman dünyasında Məhərrəm aylarının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.

Məhərrəm ayı barədə qısa məlumat verəcək.

Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala ət-Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Bəkrdən (r.a) rəvayət olunduğuna görə, Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki: "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari rəvayət etmişdir 2958). Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib: "Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır" (Mülim rəvayət etmişdir 1982). İbn Abbas (r.a) rəvayət edir ki: "Peyğəmbər (s.a.s) Mədinəyə gəldi və gördü ki, yəhudilər Aşura günü oruc tuturlar və dedi ki, bu nədi? Dedilər bu saleh bir gündür, bu gündə Allahu Təala İsrail oğullarını düşmənlərindən qurtardı və Musa bu gündə oruc tutdu. (Peyğəmbər) Dedi: Musaya haqqım sizdən də çoxdur. (Peyğəmbər həmin günü) Oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi."

Məhərrəm ayının tarixi, İslamda rolu və s. barədə suallarımızı "Karvan" jurnalının keçmiş şef-redaktoru, İslam dini üzrə mütəxəssis İsmayıl Əhməd cavablandırdı.

- İsmayıl bəy, əvvəlcə Məhərrəm aylarının tarixindən danışaq.

- Xəlifə Ömər ibn Xəttabın zamanınadək müsəlmanlar arasında il anlayışı olmasa da, ilin aylarından istifadə olunar, lakin illər mühüm hadisələrlə yadda saxlanılardı. Lakin sonralar bu məktub yazışmaların tarixlənməsində ciddi çətinlik yaratdı. Rum və Yunan təqvimləri təklif olunsa da, qəbul edilmədi. Nəhayət, imam Əli Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini ilin başlanğıcı olaraq təklif etdi və bu təklif qəbul olundu.

Lakin Peyğəmbər rəbiul- əvvəl ayında hicrət etmişdi. Bu səbəbdən də təqvim 2 il 8 gün geri çəkildi.

Hicri-qəmərinin roluna gəlincə, yarandığı gündən etibarən öz əhəmiyyətini qoruyub saxlaya bilib. Məktub yazışmaları, sənədləşmələr bu tarixlə həyata keçib. Lakin sonrakı dövrlərdə baş verən Qərbləşmə meyli bunu, sadəcə, qeyd halında saxlayıb.

İslamdan əvvəl məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər.  Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.

- Məhərrəm ayının İslamda rolu?

- Məhərrəm ayının İslamdakı rol və əhəmiyyəti hicri 61-ci ildə Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qaldı. Əməvi sülaləsinin ən pozğun və cinayətkar nümayəndəsi olan Yezid onun saxta hakimiyyəti ilə razılaşmayan hər kəsi amansızcasına qətlə yetirir. Onlardan biri də Peyğəmbər sülaləsi olur ki, onun da baş qəhrəmanı İmam Hüseyn və onun doğmaları olur.

- Məhərrəm aylarında nə etməliyik?

- "Bu ayda nə etməliyik?" sualına ən qısa cavab, ümmət olaraq  özümüzə gəlməliyik. Qarabağda, İraq, Suriya, Əfqanıstan, Myanma, Fələstin və başqa yerlərdə tökülən qanlara hər gün təkrarlanan boş bəyanatlarla cavab verməməliyik.

İmam Hüseynin qiyamından sonra Məhərrəm ayı mənəvi oyanış ayına çevrildi. Amma bu əhval-ruhiyyə tək bu aya deyil, ilin bütün ay və günlərinə də şamil olmalıdır. Amma təəssüflər olsun ki, bu gün bunun tam əksini görürük. Yəni məhərrəm yalnız məscidlərdə qeyd olunur və o da hər il təkrarlanan mərsiyələrlə. O mərsiyələr ki, onların da əksəriyyətinin mətni həqiqətə uyğun olmayan  hadisələrdir.

- Yas saxlamaq düzgündürmü?

- Yas mərasimi İslamda özünəməxsus qayda və ənənələrlə qeyd olunur. Hicrətin 2-ci ilində baş vermiş Bədr döyüşündə şəhid olanların yas mərasimi buna misal ola bilər. Hətta Peyğəmbər Mədinə qadınlarına əmisi Həmzənin evinə gedib, orada yas mərasimi keçirməyi və ailəsinə təskinlik vermələrini tövsiyə edir. Lakin sonrakı dövrlərdə müxtəlif millətlərin adət-ənənələri yas mərasimlərinə də bir sıra saxta ənənələr əlavə edirlər ki, bu da çoxsaylı xürafatlara yol açır. Zəncir vurmağı, qəmə vurmağı, qola qara bağlamağı, başa palçıq və kül yaxmağı buna misal çəkmək olar. Bunlar isə İslama ziddir.

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
Hamısı