“26-lar”ın adı dəyişdi bəs, “2 aprel” nədir?

Cəmiyyət 16:42 25.09.2017
Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilərək “2 aprel” adlandırılıb.
 
Sözügedən küçəyə “2 aprel” adının qoyulması hər kəsdə bir qədər çaşqınlıq yaradıb. Küçənin məlum 2016-cı ildə baş verən aprel döyüşləri şərəfinə adlandırıldığı təxmin edilsə də, niyə məhz “2 aprel” qoyulması təəccüb doğurub. Çünki bu tarix qeyd edilmir və təqvimdə də xüsusi olaraq göstərilmir.
 
Sabunçu Rayon İcra Hakimiyyəti də küçənin niyə məhz “2 aprel” adlandırılmasından məlumatsızdır. İcra hakimiyyətindən bildirilib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməlidir. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə mediaya açıqlamasında məsələdən xəbərsiz olduğunu və cavab almaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.
 
Maraqlıdır ki, küçənin “2 aprel” adlandırılması barədə qərarın Nazirlər Kabinetinin qərarı ilə verilib-verilmədiyi də açıqlanmayıb. Bununla bağlı Nazirlər Kobinetinə edilən zənglərimiz də cavabsız qaldı. NK-nin mətbuat xidməti Akif Əlinin professor Lütfi Zadə ilə bağlı məlum açıqlamasından sonra mətbuatdan gizlənməsi bu sualımızı da cavabsız qoydu.
 
Rəsmi şəkildə hələ təqvimə Lələtəpənin işğaldan azad edildiyi tarix kimi düşməyən 2 aprel gününün küçə adı kimi rəsmiləşdirilməsi düzgündürmü?
 
Məsələ ilə əlaqədar danışan millət vəkili Fazil Mustafa bildirdi ki, 2 aprel tarixi xalqın yaddaşına yazıldığı üçün təqvimə yazılmasa da olar:
 
“Təqvimdə 2 aprel tarixinin göstərilməsi məntiqi cəhətdən doğru deyil. Azərbaycan xalqının yaddaşında 2 aprel Lələtəpənin işğaldan azad edilməsi günü kimi qalıb. Baxmayaraq ki, kiçik bir ərazi azad olunub, ancaq Azərbaycan ordusu öz gücünü göstərərək 2 apreli bizim ermənilərə qarşı olan qələbəmizin tarixi kimi yazıb”.
 
Deputatın sözlərinə görə, küçənin “26 Bakı komissarı” adlanmasındansa, “2 aprel” adlandırılması daha məqsədəuyğundur:
 
“Hesab edirəm ki, 2 aprel tarixinin bayram kimi təqvimdə qeyd edilməməsi normal qarşılanmalıdır”.
 
Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu.(axar.az)
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
Hamısı