208 saylı məktəblə bağlı qalmaqal Sərəncam niyə icra olunmur?

Cəmiyyət 21:06 25.09.2017
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində şəhid Nəriman Həmidovun adını daşıyan 208 nömrəli orta məktəbin sökülüb, yenidən tikilməsi məsələsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
 
Şəhid Nəriman Həmidovun bacısı Səkinə Həmidovanın təşəbbüsü ilə baş tutan tədbirdə şair Teyyub Qurbanov, məktəbin məzunlarından olan Tofiq Bayramın bacısı Svetlana Bayramova da iştirak edib. 2014-cü ildə orta məktəbin sökülərək, yenidən tikilməsi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin müvafiq qərarının üç ildən bəri icra olunmaması Bülbülə qəsəbəsinin sakinlərini narahat edir. Belə ki, məktəblilər təhsillərini normal şərtlər altında davam etdirə bilmədiklərindən başqa təhsil ocaqlarına üz tutmalı olurlar. Səkinə Həmidova çıxışı zamanı mətbuat konfransının şikayət və ya etiraz məqsədilə deyil, çağırış xarekterli olduğunu söyləyib: “80 illik möhkəm təməlləri olan məktəbin yenidən təmir olunmasını və istifadəyə verilməsini xahiş edirik. Məktəbin həyəti olduqca genişdir, onun ətrafında yeni korpuslar da inşa edilə bilər. Bu arzumuzun müəyyən instansiyalara çatdırılmasını istəyirik. Biz heç kimdən şikayətlənmirik. Əgər bu məsələ Suraxanı rayon icra hakimiyyətinin öhdəliyində olsaydı, yəqin ki, çoxdan həll edilmişdi.”
 
Tədbirə qatılan Svetlana Bayramova Səkinə xanımın fikirləri ilə razılaşmayaraq, verilən qərarın tezliklə icra olunacağına ümid etdiyini bildirib: “Bu məktəb çoxlu ziyalılar yetirib. Düşünürəm ki, dövlət məktəbin sökülməsi ilə bağlı qərar çıxarıbsa, mütləq məktəb sökülüb, yenidən tikiləcək. Mən konfransın məqsəd və məramını başa düşmədim. Biz bunun dəfələrlə şahidi olmuşuq: 20, 6 və 23 saylı məktəblər də müvafiq qərarlarla sökülərək, yenidən tikilib. 20 saylı məktəb ətrafında da bəzi şayiələr dolanırdı, lakin nəticə etibarilə məktəb tikildi və istifadəyə verildi. Hacıbala Abutalıbov da həmin açılış mərasimində iştirak etdi. Həmçinin, qeyd etməliyəm ki, burada heç bir mütəxəssis rəyindən söhbət getmir. Kimsə deyirsə ki, məktəbi bərpa etmək olardı, bu, çox absurd fikirdir. Mən 2005-ci ildə deputatlığa namizədliyimi irəli sürəndə də həmin məktəbin vəziyyəti ilə tanış olmuşdum. Qeyri-mütəxəssislər iddia edirlər ki, məktəbi bərpa etmək, onu söküb yenidən tikməkdən daha asan başa gələcək. Lakin bu fikirlə razılaşmıram”.
 
Tədbirin digər iştirakçıları bildiriblər ki, sərəncamın icrasının gecikdirilməsi üçün heç bir səbəb yoxdur.
 
Bu fikrə cavab olaraq Svetlana Bayramova dövlət büdcəsində yaranan çatışmazlıqlar barədə danışıb. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsi icra prosesində müəyyən gecikmələr yaradır. Bütün bunlar isə vəziyyəti faciəviləşdirməyə əsas vermir.
 
Konfrans iştirakçıları eyni ssenarinin bir neçə məktəbdə də təkrarlandığını söyləyiblər. İddia olunub ki, Bakı Şəhər İcra hakimiyyəti sökdüyü heç bir məktəbi yenidən tikməyib. Fikir salonda gərginliyə səbəb olub, meriyanın ünvanına müəyyən ittihamlar irəli sürülüb. Hacıbala Abutalıbovun şəhidin adını belə doğru-dürüst ifadə edə bilmədiyi, sökülən məktəblərin icra hakimiyyəti tərəfindən yox, bir çox hallarda Heydər Əliyev fondunun büdcəsi hesabına tikildiyi vurğulanıb.(oxu.az)
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
Hamısı