Bu dəqiqələrdə daxil olan məlumata görə ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Onun işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub.
Kanalın idarəçiliyi isə CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb. Xəbəri Azər Xəlilov Eurasia Diary portalına təsdiqləyib.