“Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda 2-ci Şopinq Festivalı keçiriləcək”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr – Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, həmin müddətdə ticarət mərkəzlərində müəyyən endirimlər olacaq.
“İlk Şopinq Festivalın keçirilməsinə 700 min manat xərclənib”.
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi 2017-ci ilin sonuna nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib. (Modern.az)