Bu gün bir neçə xəbər saytında tanınmış jurnalist Rəna Əkbərova barəsində onun işdən çıxarılması barədə məlumatlar yayılıb.
Eurasia Diary xəbər verir ki, xanım jurnalist bununla bağlı münasibət bildirib: "Rica edirəm SalamNews İnformasiya Agentliyindən işdən ayrılmağımla bağlı qeyri-dəqiq xəbərləri yaymayın. Nəzərinizə çatdırım ki, mən 7 il baş direktor vəzifəsində çalışdığım agentlikdən öz istəyimlə ayrılmışam, bu addımı atmağımın səbəbi gərgin iş rejimindən yorulmağımdır. Agentliyin həm kollektivi, həm də rəhbərliyi ilə xoş münasibətdəyəm, məni işdən heç kim azad etməmişdir".
Qeyd edək ki, R.Əkbərova 2010-2017-ci illərdə "Salamnews"un baş direktoru olub.