Mətbuat Şurası və BAMF-ın birgə təşkilatçılığı ilə bir qrup ziyalı cəbhə bölgəsində olub

Cəmiyyət 10:45 02.10.2017
Mətbuat Şurası və Beynəlxalq Avrasia Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, o cümlədən tanınmış jurnalistlər və media təmsilçiləri, eyni zamanda ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel hadisələri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edib. Kənddəki sosial obyektlərlə tanış olublar.Kənddə yeni tikilən və yeni tədris ilində artıq istifadəyə verilən məktəbin önündə çıxış edən, millət vəkili, MŞ-nın sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra öz normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınan yaşayış massivinin, infrastrukturun həm də Qarabağa qayıdışın bir əlaməti olduğunu qeyd edib. Kənd sakinlərinə müjdə verən MŞ-nın sədri yaxın gələcəkdə Şuranın Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiklərini bildirib: “Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun”. Millət vəkili Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib: “O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar. ” BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirdi. Qeyd etdi ki, bu məktəbdə oxumaq, bu kənddə yaşamaq qədər fədakarlıq nümunəsidir. Səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, MŞ-nın sədr müavini Umud Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını bildirdi. O, qeyd etdi ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Cocuq Mərcanlının ölkə başçısının sərəncamı ilə ən qısa zamanda yüksək səviyyəli yaşayış məntəqəsinə çevrildiyini bildirən cənab Mirzəyev, insanların böyük fərəh hissi ilə öz doğma yurd yuvalarına qayıtdıqlarını bildirib. "Arzu edirəm ki, ən qısa vaxtda prezident tərəfindən oxşar sərəncam işğal altında olan digər bölgələrimiz, o cümlədən mənim doğulub boya-başa çatdığım, bir hissəsi hələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barəsində də verilsin." Məktəblilər qarşısında çıxış edən BDU-nun  Professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli, media rəhbərləri Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin Baş redaktorun I-ci  müavini İsmayıl Hacıyev, “Region+” jurnalının baş redaktoru Namiq Mayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvəri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırıblar. Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti ora bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olunub. Səfər zamanı nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini də ziyarət edərək burada erməni təcavüzkarları tərəfindən vandalizmə məruz qalmış, xarabalığa çevrilmiş ərazilərə, o cümlədən kəndin qəbristanlığına  baş çəkdilər. Təəssüf ki, bu  qəbristanlıqda çoxlu sayda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən tanınmaz hala salınıb və qəbrüstü baş daşları güllələnib. BAMF sədrinin ötən il dünyasını  dəyişən atası da məhz bu kəndin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsində yerləşən bu qəbristanlıqda torpağa tapşırılıb. Səfər çərçivəsində nümayəndə heyəti eyni zamanda Füzuli və Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissələri ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbçilərimizlə görüşüb, onlarla birgə nahar edib və fikir mübadiləsi aparıblar.
 
BAMF-ın mətbuat xidməti 

 


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı