Yağı 7 manata alıb 18 manata satan kimlərdir?

Cəmiyyət 15:40 05.10.2017

Bu həftənin əsas müzakirə mövzularından biri kərə yağının qiymətindəki kəskin bahalaşmadır. Hər kiloqramda 3-4 manata yaxın olan artımdan narazılıqlar xeyli çoxalıb. Bir çox ekspertlər bahalaşmanın yağ idxalındakı monopolizmdən irəli gəldiyini bildirirlər. İş o yerə çatıb ki, Dövlət Gömrük Komitəsi inhisarçıları dəstəkləməsi barədə iddialara cavab olaraq yağ idxalının həcmi, idxalçı şirkətlərin sayı barədə statistik məlumatla çıxış etdi.

Əslində kərə yağının bahalaşması gözlənilməz olmadı. Çünki son 1 aya yaxın dövrdə  bu məhsulun dünya bazar qiymətlərinin artmasına dair həm media, həm də sosial şəbəkələr vasitəsilə güclü təbliğat aparılmışdı. Bu təbliğata bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri də aktiv dəstək verirdilər. Bu, faktiki olaraq, ictimaiyyəti qiymət artımına hazırlamağa cəhd idi. “Cəhd” ona görə deyirəm ki, 2-3 gündə insanların məsələyə kəskin münasibəti göstərdi ki, təbliğat gözlənilən nəticəni verməyib. Ailələr kilosu 18 manata kərə yağını nə ala bilirlər, nə də almaya. Xüsusilə azyaşlı uşaqların qida rasionunda əhəmiyyətli yer tutan bu məhsulu almamaq mümkün deyil. Lakin yeni qiymətlərlə almağa da əksəriyyətin gücü çatmır.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda diqqəti cəlb edən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Belə ki, həmin məlumata görə, ötən il ölkəyə kərə yağını Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyd olunan dövrdə Azərbaycana “Kərə yağı, digər süd yağları və pastaları” adı altında malların idxalında əsas yeri Yeni Zelandiya tutub. Bu ad altında idxal edilən 14 365,1 ton məhsulun 11 910 tonu və ya 82,9 faizi bu ölkədən gətirilib - hər kiloqramı 3,3 dollara. İkinci yerdə olan Almaniyadan idxal cəmi 535,6 ton təşkil edib – 1 kq-ı 3,8 dollara. Bundan əlavə, Belarusdan kiloqramı 3,9 dollara 420,9 ton, Finlandiyadan 2,8 dollara 409,9 ton, Ukraynadan 3,5 dollar 361 ton məhsul idxal edilib. Rusiyadan idxal cəmi 75,4 ton(kilosu 3,8 dollara) təşkil edib. 

Yenə Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkəyə cəmi kərə yağı idxalı 6026,68 ton təşkil edib – kiloqramı orta hesabla 3,9 dollara. Bu zaman birinci yerdə yenə Yeni Zelandiyadır – bu ölkədən 4825,95 ton kərə yağının hər kiloqramı 3,8 dollara alınıb – idxalda payı 80 faizdir. İkinci yerdə olan Fransadan idxalın ümumi idxalda payı 3,5faizə belə çatmır. Bundan əlavə, qeyd olunan dövrdə Ukraynadan 166,5 ton kərə yağı idxal edilib – kilosu 3,5 dollara. Finlandiyadan eyni qiymətə 197,94 ton, Almaniyadan 4,4 dollara 195,18 ton, Rusiyadan 1,5 dollara 82,03 ton, Belarusdan  4,9 dollara 159,4 ton kərə yağı idxal etmişik. 

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatdan isə aydın olur ki, 2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Bu isə o deməkdir ki, həm ötən il, həm də bu ilin 9 ayında Azərbaycana yağ idxalının ən azı 80 faizini cəmi 4-5 şirkət həyata keçirib. Amma idxalda payı 1-2 faizə çatan Rusiya və Ukraynadan idxalla 8-13 şirkət məşğul olur. 

Onu da qeyd edim ki, dünya bazarında kərə yağının qiyməti həqiqətən bahalaşıb. Bu baxımdan,  prosesin Azərbaycandakı qiymətlərə təsiri normal qəbul edilə bilər. Lakin məsələ burasındadır ki, bizdə qiymət artımı dünya bazarındakı artım səviyyəsinə adekvat deyil. Məsələn, Gömrük Komitəsinin yaydığı cədvəldən aydın olur ki, bu ilin 1-ci rübündə dünya bazarında kərə yağının qiyməti 9,6 faiz artıb. Azərbaycanda isə şəxsi qeydlərimə əsasən qiymət artımı təxminən 26 faiz təşkil edib. Avqust-sentyabrda dünya bazarında artım cəmi 1 faiz, Azərbaycan bazarında isə 17-20 faiz təşkil edib. 

Digər tərəfdən, dünya bazarından bizimlə bərabər yağ alan qonşu ölkələrin heç birində  qiymətlər bizdəki qədər yüksək deyil. Məsələn, Gürcüstan, Ukrayna və Rusiyada 82 faizlik Yeni Zelandiya yağının kilosu pərakəndə satışda 10-14 manat arasında dəyişir. Bu ilin birinci yarısında Azərbaycana ən bahalı yağ Belçikadan kilosu 5,2 dollara, İrlandiya və Fransadan 5,1 dollara idxal olunub – 9 manata. 80 faiz yağ isə Yeni Zelandiyadan 3,8 dollar və ya 6,6 manata idxal edilib. Gömrük-idxal rüsumları, vergilər, daşıma xərcləri bu qiyməti 2-3 dəfə artıracaq səviyyədə olmadığı isə hamıya məlumdur. 

Bütün bunları nəzərə almaqla, “kərə yağını kim bu qədər bahalaşdırdı” sualına cavab tapmaq yəqin ki, çətin olmaz...(qaynarinfo)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Hamısı