"Ana, səninlə ölməyə gəlmişəm" Aprel döyüşləri vaxtı həlak olan 16 yaşlı qızın hekayəti

Cəmiyyət 12:35 07.10.2017

Turanə Kamandar qızı Həsənli 2000-ci ilin mayın 27-də anadan olub. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi. 16 yaşında erməni gülləsinə tuş gələrək, faciəvi şəkildə həyatla vidalaşana qədər... 

16 yaşlı Turanə Həsənlinin ömrünün baharının yenicə başlayan vaxtlarında düşmən gülləsilə həyatını itirməsi yaxınlarının qəlbindən ağır izlər buraxıb.

Anası Laləzar Həsənova qəhərdən boğula-boğula bir bahar günü dünyaya gələn qızının bir bahar səhəri necə həlak olmasını danışır:


- Bahar gələndə, ağaclar, güllər çiçək açanda Türanəm çox sevinirdi, üzü gülürdü. Elə bil, yenidən dünyaya gəlirdi. O, günəşə, çiçəklərə aşiq idi. Həyatı çox sevirdi. Hər il bağımızdakı ağaclar çiçəkləyəndə onların arasında şəkil çəkdirirdi. Ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi. Keçən ilin aprel ayında cəbhədə döyüşlər başlayanda ermənilər kəndimizə atəş açırdılar. Mənim bir oğlum da həmin vaxt hərbi xidmətdə idi. O da daxil olmaqla, bütün əsgərlərimizə görə çox narahatlıq keçirirdim. Güllə səsindən evdə otura bilmirdik. Dedim ki, Turanə, sən qardaşıngilə get, onların evini güllə tutmur. Bizi tək qoyub getmək istəmirdi.
Aprelin 5-i bacım, yəni Turanənin xalası kəndə gələndə Turanə də ona qoşulub və geri qayıdıb. Təhlükə barədə heç düşünmürdü. Deyib ki, təki evimizə çatım, anamın açdığı süfrənin arxasında oturub, onunla birlikdə çörək yeyim.


Bir də gördüm ki, maşın dayandı və içindən Turanə də düşdü. Tez gəlib boynumu qucaqladı. Dedim ki, qız, görmürsən, ermənilər kəndlərimizi atəşə tuturlar, qorxmursan ki, güllə sənə dəyər? Qızımın cavabı ölənə qədər yadımdan çıxmaz. Üzümə baxıb dedi ki, ana, mən səninlə ölməyə gəlmişəm. Sonra təzədən bərk-bərk boymu qucaqladı.


Tələsik çay-çörək hazırladım. Ana-bala süfrənin kənarında boş qalan yerlərə baxıb, köks ötürürdük. Qızım mənim, mən də qızımın ürəyindən keçənləri hiss edirdik. Amma dilə gətirmirdik. O, hərbi xidmətdə olan qardaşına, mən də oğluma görə narahat idik. Oğlum ən qaynar nöqtədə - Qapanlıda döyüşürdü. Heç ağlıma da gəlməzdi ki, cəmi bir neçə dəqiqədən sonra ermənilərin göydən yağdırdığı od-alov elə bu dəqiqə qarşımda oturan sonbeşiyimiz qızımın canını alacaq.

 
Dedim ki, "Qızım, dur, süfrəni yığışdır, onsuz da, fikirdən əlimizi çörəyə uzada bilmirik". Özüm fikirli-fikirli küçəyə çıxdım. Birdən arxamda dəhşətli bir partlayış səsi eşitdim. Qulaqlarım tutuldu. Ermənilər evimizin önünə mərmi atmışdılar. Tez geri çevrildim, gördüm ki, Turanə su kranımızın yanında yerə yıxılıb. Küçənin o biri tərəfində duran atası və mən tez onun yanına qaçdıq. Qəlpə Turanənin kürəyindən girib, ürəyinin üstündən çıxmışdı. Övladımın ürəyi çölə çıxmışdı. Dünya başıma fırlandı. Tez onu qucağımıza aldıq. Amma nə xeyri, o, artıq dünyadan köçmüşdü...

 
Bu dərd bizim ürəyimizi parçaladı. Evimiz də dağılmışdı. Qızımın cansız bədənini erməni gülləsi çatmayan qonşu kəndə apardıq. Övladımı əllərimlə ağ kəfənə bükdüm. Bu, bir ana üçün ölümə bərabərdir...

 
Mən anayam. Bu dərdi içimdə çəkirəm. Yoldaşım isə qızımın faciəvi ölümünə dözə bilmədi, cəmi bir-iki aydan sonra ürəyi dayandı. Qızımın həyatına son qoyan mərmi çox sevdiyi çiçək açmış ağacın üzərinə düşmüşdü... İndi həmin ağac da quruyub...

Qızımın gözəl arzuları vardı. O, məktəbi bitirmək, ali təhsil almaq, universitetə qəbul olmaq istəyirdi. Amma qismət olmadı. 

 
Turanə erməni qəlpəsinə tuş gələndən yarım saat sonra döyüşlər dayandırıldı, atəşkəs yenidən bərpa olundu..."

Türanənin ömrünün son anına qədər nigaran qaldığı, həmin vaxt Vətən qarşısında borcunu layiqincə yerinə yetirən qardaşı isə söz verib ki, bacısının qisasını alana qədər hərbi formanı əynindən çıxarmayacaq. "Ermənilərdən bacımın və bütün şəhidlərimizin qisasını alacağıq. Turanənin qanı yerdə qalmayacaq",- deyə o, verdiyi sözü bizimlə söhbətində də təkrarladı.
 

 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Hamısı