Dünyanın gözü Bakıda 2 gün sonra böyük layihə işə düşür

Cəmiyyət 13:18 28.10.2017

BTQ-nin möhtəşəm açılış mərasimi olacaq; 3 türk dövlətinin prezidenti Bakıda bir araya gələcək; Azərbaycan və Türkiyə arasında bir sıra mühüm sənədlər imzalanacaq

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına artıq 2 gün qaldı. Möhtəşəm açılış mərasimində 3 türk dövlətinin prezidenti iştirak edəcək. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də oktyabrın 30-da Azərbaycana səfərə gələcək. Bu haqda Qazaxıstan prezidentinin rəsmi saytında bildirilib.  Səfər çərçivəsində Qazaxıstan prezidentinin Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimində iştirak edəcəyi gözlənilir. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev bildirdi ki, dövlət başçısı, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin rəsmi açılışında iştirak etmək üçün gələcək.

Xəbər verdiyimiz kimi, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da baş tutacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Türkiyə prezidentinin saytında bildirilir ki, R.T.Ərdoğan 30-31 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. R.T.Ərdoğan oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edəcək.  Qeyd edək ki, daha öncə Gürcüstanın dövlət başçısı səviyyəsində təmsil olunması nəzərdə tutulsa da, son anda baş nazirin iştirakına qərar verilib.

Image result for BTQ-nin açılışı

Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Türkiyə prezidenti iclasda iştirak edəcək. Nazirlərin də iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Image result for Ərdoğan

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başla olmaqla, regional və qlobal proseslər diqqət mərkəzində olacaq. İki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulub.

Məlumatda o da vurğulanır ki, R. T. Ərdoğanın səfəri iki ölkə arasında diplomatik münasibətlərinin 25-ci ildönümünə təsadüf etdiyindən xüsusi diqqət çəkir.

Image result for BTQ-nin açılışı

Qeyd edək ki,  Türkiyə və Gürcüstan qədər Qazaxıstan da bu layihənin  işə düşməsində maraqlıdır. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qazaxıstan ərazisindən keçməklə Avropaya Çindən əlavə yük cəlb edilməsinə təsir edəcək. Bu barədə Trend-ə Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər. Məlumatda qeyd edilir ki, Bakı-Tbilisi-Qars dəmiryolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq. Bu mənada Qazaxıstan da tranzit ölkə kimi nüfuzunu artırmış olacaq.

Qazaxıstan artıq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Qazaxıstanın Azərbaycandakı səfirinin sözlərinə görə,  ikinci qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək. Səfir həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Qazaxıstandan Türkiyənin Mersin şəhərinə BTQ vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınmışdı.

Image result for Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin iştirakçı dövlətlərin hər biri üçün iqtisadi əhəmiyyətinin yüksək olduğunu vurğulayıb: “BTQ region üçün vacib layihələrdən biridir.  Nəzərə alsaq ki, bu layihə Orta Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Həmçinin BTQ Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox vacib bir məsələdir. Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. O baxımda BTQ Azərbaycan üçün iqtisadi baxımdan vacib bir layihədir. Siyasi və geostrateji   əhəmiyyətindən başqa, ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından müsbət təsirləri var.  Azərbaycan və Türkiyə  texniki baxımdan birbaşa bu layihədə iştirak edir. Qazaxıstan Xəzər dənizi vasitəsilə layihədən faydalanma imkanları qazanıb. Bu layihə ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından çox vacibdir”.

V.Bayramovun sözlərinə görə, BTQ imkan verəcək ki, Orta Asiyadakı türkdilli dövlətlərin texniki baxımdan birləşməsi baş tutsun: “O baxımdan region üçün əhəmiyyətli bir layihə hesab etmək olar. BTQ Ermənistandan kənar keçdiyi üçün layihənin reallaşmasına kifayət qədər təzyiqlər var idi. Ancaq artıq layihə reallaşıb, yaxın günlərdə açılışı olacaq. Güman edirəm ki, tərəflər və Azərbaycan layihənin reallaşmasından gəlir əldə edəcəklər. Bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmiryolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu baxımdan BTQ həm də  ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq”.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Hamısı