Standartlara cavab verməyən ali məktəblər mərkəzdən köçürüləcək Ekspert açıqladı

Cəmiyyət 11:30 29.10.2017

Bu gün Azərbaycanda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsinin yalnız 4-5-nin infrastrukturu standartlara cavab verir. Məhz buna görədir ki, ölkəmizin universitetləri beynəlxalq reytinq siyahılarında irəliləyə bilmirlər.

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə kampusların yaradılması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb:

"Hətta paytaxtın mərkəzində yerləşən universitetlərin şəhərdən kənara köçürülməsi də gündəmə gətirilib. Çünki 2013-cü ilin oktyabrında təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dördüncü istiqaməti məhz müasir tələblərə cavab verən, təhsil prosesində fasiləsizliyi təmin edən müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, "Təhsil haqqında" qanuna görə kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, başqa sözlə, şəhərciyidir. Sənədə əsasən, ölkədə müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında fəaliyyət göstərə bilər. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında da ali təhsil müəssisələri üçün kampuslar və müvafiq texnoparkların yaradılması tövsiyə olunur".

Təhsil eksperti qeyd edib ki, Nazirlər Kabinetinin Torpaq Məcəlləsi ilə əlaqəli bəzi normativ hüquqi aktları haqqında qərarının 4.6-cı maddəsi akademik şəhərciklərə, elmi-tədqiqat mərkəzlərinə, konstruktor bürolarına aiddir:

"Sənəddə eyni zamanda akademik şəhərciklərin ya şəhərdən kənarda xüsusi ayrılmış ərazilərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan peyk-şəhərlərində yerləşməli olduğu göstərilib. Şəhərlərdə akademik şəhərciklər kitabxanalar, tipoqrafiyalar, mühəndis-texniki infrastruktur, yollar və yaşıllıqlar daxil olmaqla, vahid planın strukturuna uyğun yerləşməlidir. Tələbə şəhərcikləri, ali və orta təhsil zonaları haqqında 4.7-ci maddə özündə liseyləri, texniki peşə məktəblərini, institutları birləşdirir. Tələbə şəhərcikləri də akademik şəhərciklər kimi, ya şəhərdən kənarda xüsusi ayrılmış yerlərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan kənar qəsəbələrində yerləşməlidir. Bu halda sərnişin tutumu çox olan nəqliyyat vasitələri ilə təminat da nəzərdə tutulmalıdır. Şəhərciyin yataqxanaları kompleks çərçivəsində olmalıdır. Bu zona elmi-tədqiqat kompleksi, kitabxana, texniki və mədəni-məişət strukturu, idman kompleksi, istirahət zonası və piyadaların gəzintisi üçün zolaqlarla tam komplektləşdirilməlidir. Eyni zamanda, texniki peşə məktəbləri profilinə uyğun sənaye obyektlərinə yaxın ərazidə yerləşə bilər".

K.Əsədov vurğulayıb ki, əgər universitetlər kampus halında fəaliyət göstərsələr, bu zaman tələbələrin təhlükəsizliyi də həll olmuş olar:

"Çünki böyük əksəriyyət tələbələr təhsil aldıqları universitetlərdən uzaq məsafədə yaşayırlar və dərsə gəlmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edirlər. Bu zaman yol nəqliyyat hadisələri qaçılmaz olur. Bir neçə ay öncə Bakı-Sumqayıt yolunda baş vermiş faciəli yol nəqliyyat hadisəsi buna əyani sübutdur. Bundan başqa kirayə yaşayan tələbələrin yaşadıqları yerlərdə normal oxumaları və yaşamaları üçün şərait demək olar ki, olmur. Kirayə evlər təhsil mühitinə yaddır. Lakin tələbələrin birlikdə yaşayacağı, ancaq tələbələrdən ibarət olan şəhərciklərdə məskunlaşdırılması bir çox mənfi halların aradan qalxmasına, təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.

Etiraf edək ki, ali məktəblərimizin çoxu paytaxtın mərkəzində yerləşdiyindən hazırda onların əksəriyyəti üçün kampus yaratmaq mümkünsüzdür. Bu səbəbdən kampus yaratmaq istəyən məktəblər üçün Bakı ətrafında və bölgələrdə torpaq sahələrinin ayrılması vacib sayılır".

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində ali təhsil müəssisələri üçün universitet şəhərçikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrində distant təhsilin geniş tətbiqi təhsilin prioritet istqamətləri sırasına daxil edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı