Dünya yağ böhranı yaşayır bahalaşma hara qədər davam edəcək?

Cəmiyyət 12:20 04.11.2017
Kərə yağının qiyməti yenə dəyişdi; bahalaşma hara qədər davam edəcək?
 
Azərbaycanda kərə yağının qiyməti yenidən bahalaşıb. Paytaxtda fəaliyyət göstərən supermarketlərdə qiymətlər fərqli olsa da, artım hər birində müşahidə olunur. “Yeni Müsavat”ın müxbiri artım trendini izləmək üçün marketlərə baş çəkib. Məlum olub ki, xaricdən idxal olunan kərə yağının qiymətində 60 qəpik- 1 manat arasında artım var. “Wellington” markalı kərə yağının 1 kiloqramı 17.96 manat, “West gold” kərə yağının 1 kiloqramı 18.38 manat, “Golden Kraun” yağının kiloqramı isə 17.96 manatdır. Almaniya istehsalı olan “Gerda” kərə yağı isə 20.95 manata satılır.
 
Satıcıların sözlərinə görə, bahalaşam əhalinin alıcılıq qabiliyyətini də zəiflədib, əgər əvvəllər kərə yağı kiloqramla alınırdısa, indi qramla alınır. Bu da bazarda tələbatın azalmasına gətirib çıxarır.
 
Qiymətlərin bu qədər qalxması nisbətən keyfiyyətsiz olan Ukrayna yağlarının bazara ayaq açmasına səbəb olub. Bu kərə yağlarının qiyməti 12 manatdan başlayır. Artıq ucuz yağlara tələbat artdığından əksər marketlər Ukrayna , Rusiya yağlarını satış çıxarıblar. Bitki tərkibli yağların qiymətində də müəyyən artım müşahidə olunur. Kərə yağının bahalaşması paralelində digər yağları da gətirir. Bu durum dünya bazarında da müşahidə olunur.
 
Paytaxt bazarlarında isə yağla yanaşı yumurtanın və digər ağartı məhsullarının da qiyməti qalxıb.
 
Kərə yağının təkrar bahalaşmasının səbəblərini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyada da kərə yağının bahalaşması prosesi davam edir: “Çünki quraqlıqla əlaqədar dünya bazarında yağ ixrac edən ölkələrdə istehsalın azalması müşahidə olunur. Həm Avstraliyada, həm Yeni Zellandiyada, həm Hollandiyada təbii şəraitlə əlaqədar istehsalda azalmalar müşahidə olunduğu üçün qiymət artır. Hətta bu yaxınlarda Fransada parlament səviyyəsində çox ciddi müzakirələr başladı ki, supermarketlərdə kərə yağı kifayət qədər azalıb və qiymətlər artıb. Dünyada bu proses gedir”.
 
Ekspertin sözlərinə görə, avrozonadan gətirilən yağların Azərbaycanda bu qədər bahalaşmasının səbəbi həm dünyada gedən proseslər, həm də avro ilə manatın məzənnə  fərqindən qaynaqlanır: “Dolların məzənnəsi sabit qalsa da avronun məzənnəsində oynaqlıqlar var, ciddi dəyişikliklər baş verir. Bu da Mərkəzi Bankın siyasətindən qaynaqlanır. Son aylarda avronun təqribən 15 faizə yaxın bahalaşmasının şahidi oluruq. Ona görə də, avrozonadan gələn yağların qiymətinin artmasında məzənnə fərqi də rol oynayır.
 
Bir də Azərbaycan iqtisadiyyatında qiymət artımına səbəb olan amillər də var. Gömrüklə bağlı problemlərin olması, bazar  oyunçularının sayının az olması, rəqabətin aşağı olması və sair. Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə. 55 şirkət ölkəyə yağ gətirir. Ancaq araşdırarkən məlum olur ki, bu şirkətlərin cəmi 5-i bazarın 90 faizindən çoxuna nəzarət edir. Bu baxımdan sözügedən sahədə Azərbaycanda çox da ciddi rəqabətli mühit yoxdur. Bu da qiymətin daha sürətli  artımına gətirib çıxarır".
 
Yerli məhsullara gəldikdə isə, N.Cəfərli bildirdi ki, Azərbaycanın yerli məhsul adı altında bazara çıxartdığı yağ da bir çox hallarda xaricdən gətirilir və qablaşdırılması burada həyata keçirilir: “Bəzilərinin isə xammalı xaricdən gətirilir. Süd tozundan istehsal edilən yağlar var, onların xammalı xaricdən idxal olunur. Çünki Azərbaycanda bu qədər süd sağımı yoxdur ki, yerli xammaldan hazırlanmış xammalın bazara çıxmasının şahidi olaq. Xammalın xaricdən gətirilməsi də məhsulun maya dəyərinə təsir göstərir. Azərbaycana Ukraynadan, Hollandiyadan, Belçikadan süd tozu gətirilir və süd tozundan hazırlanmış yağ məhsulları bazara çıxarıldıqda  həmin süd tozunun bahalaşması qiymətlərə də təsir göstərir. Bu anlamda yerli istehsal  adı altında bazarda olan məhsulları şərti olaraq yerli istehsal adlandırmaq olar”.
 
Qeyd edək ki, hazırda kərə yağı ilə bağlı ən kritik vəziyyət Fransada yaşanır.
 
Son günlər Avropanın aqrar sahədə ən inkişaf etmiş ölkələrindən olan Fransada ciddi yağ qıtlığı yaranıb. Kərə yağı nəinki kəskin bahalaşıb, üstəlik mağazaların piştaxtalarından da yoxa çıxıb.  Bu durum kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər.
 
Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb.
 
Ekspertlər hesab edir ki, kərə yağı bazarında problemlər Avropa İttifaqının 2015-ci ildə kvotaları ləğv etmə qərarı ilə başlayıb. Bundan sonra əvvəlcə süd istehsalı kəskin şəkildə artıb, bu isə bazarda qiymətin kəskin azalması ilə nəticələnib və süd istehsalçılarını istehsalı kəskin şəkildə azaltmağa məcbur edib. Lakin istehsalçıların bu qərarı ilə yanaşı dünyada kərə yağına tələbat da artmağa başlayıb. Süd istehsalçıları kərə yağının istehsalının onlar üçün əlverişli olmadığından şikayətlənirlər. Hökumət istehsalçıların qiymət dəyişikliyi tələblərinə razılıq verərək problemi aradan qaldırmağa çağırıb.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Hamısı