ABŞ-da xüsusi prokuror Nigar Talıbovanın hesablarını araşdırır Trampa doğru irəliləyir

Cəmiyyət 15:24 06.11.2017

ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək. 

Bu haqda NBC News telekanalına təhqiqatla tanış olan mənbələr deyiblər. Gözlənilir ki, xüsusi prokuror ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinnə və oğlu Maykla ittiham irəli sürəcək.

Maykl Flinn Trampın keçid komandasının üzvü olub və daha sonra milli təhlükəsizlik müşaviri təyin edilib. Lakin cəmi 24 gün bu vəzifədə işlədikdən sonra qalmaqala istefa verib. Səbəb isə general Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla təmasları barədə vitse-prezident Maykl Pensə yalan məlumat verməsinin üzə çıxması olub. Maykl Flinn Moskva ilə Trampın komandası arasında gizli sövdələşmə şübhələri fonunda nəzərləri ilk cəlb edən fiqurlardan biridir.

Robert Müller

Xatırladaq ki, bundan əvvəl xüsusi prokuror Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manaforta və onun biznes ortağına qarşı ittiham irəli sürüb. Lakin bu ittihamlarda Rusiyanın adı çəkilmir, Manafort Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin xeyrinə lobbiçilik fəaliyyəti həyata keçirərək əldə etdiyi on milyonlarla dolları vergidən yayındırmaqda ittiham olunur. Bununla belə istisna deyil ki, Manaforta Rusiya ilə bağlı ittiham istintaqı gedişində irəli sürülə bilər.

Maykl Flinnə qarşı irəli sürülməsi gözlənilən ittihamlar da onun lobbiçilik fəaliyyəti ilə bağlıdır. Hazırda Müllerin komandası ona qarşı ittiham irəli sürmək üçün əlavə şahidləri dindirir. Flinnin oğlu, atasının işlərində ona kömək edən Maykla da analoji ittihamlar irəli sürülməlidir.

Mənbələr deyiblər ki, Müllerin komandası Maykl Flinnin Amerika-Türkiyə münasibətlərinə təsir göstərmək, türkiyəli və amerikalı siyasətçilər arasında görüşlər təşkil etmək üçün milyonlarla dollar aldığına dair məsələni araşdırır. Belə ki, NBC telekanalının mənbələrinin bildirdiyinə görə Trampın inauqurasiyasından bir neçə həftə sonra Ağ ev Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı yeni mövqe işləyib hazırlamağa çalışıb. İndi Müllerin komandası araşdırmaq istəyir ki, Flinn Türkiyə hakim dairələrində aldığı milyonlar hesabına bu mövqenin formalaşmasına təsir edibmi.

Flinn Trampın seçki komandasının üzvü olarkən Türkiyənin xeyrinə gizli lobbiçilik edib. Ona pulları Ekim Alptekin adlı iş adamı özünün Hollandiyada qeydiyyatdan keçmiş “İnovo BV” konsaltinq şirkəti üzərindən köçürüb.

Maykl Flinn

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər “İnovo BV” firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti “Ratio Oil Exploration”un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.

Bəs Alptekinin arvadı kimdir? Amerika mətbuatı yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin “Adrenalin” adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin). Həmin pop-qrupun YouTube-də 2012-ci ildə yerləşdirilmiş videoklipi cəmi 4387 dəfə izləyib. Nigar Alptekinin Tvitter bloquna isə cəmi 155 nəfər yazılıb.

Ekim Alptekin

Lakin internetdə Nigar Talıbovanın çoxsaylı açıq-saçıq, hətta lüt fotolarına rast gəlmək mümkündür. Bu gözəlçə ilə bağlı xəbərlər vaxtaşırı olaraq Azərbaycanın sarı mediasının da səhifələrində özünə yer tapır. Onun türkiyəli milyonçu Ekim Alptekinlə evlənməsi barədə xəbərlər də o cümlədən.

Hazırda Müllerin komandası Alptekinin general Flinnə ödədiyi pulların mənbəyini də araşdırır. Və təbii ki, bu araşdırmada azərbaycanlı seksual modelin də adı keçir... (virtualaz.org)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Hamısı