Azərbaycanda YENİLİK təyyarələrdə əyləncə sistemləri

Cəmiyyət 17:52 14.11.2017
Azərbaycan yeni mülki təyyarələr alacaq, həmçinin təyyarələrdə əyləncə sistemləri və kommunikasiya avadanlıqları təqdim ediləcək.
 
“Azərbaycan HavaYolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı "Dubai Airshow 2017" sərgisininin sonunda müqavilələr imzalanıb.
 
Dubayda dünyanın 60-dan çox ölkəsindən 1200-dən çox eksponentin iştirak etdiyi və 160-dan çox müasir təyyarənin təqdim olunduğu ən böyük beynəlxalq aviasiya sərgisi "Dubai Airshow 2017" mülki və hərbi aviasiya sənayesində mühüm beynalxalq hadisədir.
 
Azərbaycanı bu nüfuzlu aviasalonda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və digərlərinin də daxil olduğu rəsmi nümayəndə heyəti təmsil edir.
 
Sərgi çərçivəsində danışıqların yekunlarına əsasən sazişlər imzalanıb və mülki aviasiya sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub.
Ən önəmli sazişlərdən biri AZAL QSC-nin prezidenti Cahangir Əsgərov, “Boeing Commercial Airplanes”ın prezidenti - baş icraçı direktoru Kevin Makalister və "Boeing Global Services"in prezidenti - baş icraçı direktoru Sten Dil tərəfindən beş “B787-8 Dreamliner” və iki B747-8F (və ya B777F) təyyarələrinin alınmasına dair imzalanan saziş olub. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
 
Daha bir saziş “Azərbaycan Hava Yolları” QSC və “Rockwell Collins International” şirkəti arasında Azərbaycanın milli aviadaşıyıcısının yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükünə dair imzalanıb. Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.
 
Cahangir Əsgərovun "Embraer Commercial Aviation"nın rəhbəri Con Slatteri ilə görüşündə tərəflər ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Danışıqların yekunlarına əsasən lizinq şərtləri ilə iki "Embraer 190" təyyarəsinin alınmasına dair saziş imzalanıb. Azərbaycan nümayəndə heyəti həmçinin "Dubai Airport Freezone" stendini ziyarət edib və burada hava limanı ərazisində Azad iqtisadi zonanın (AİZ) yaradılması təcrübəsi ilə tanış olub.
 
Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti "Vertoletı Rossii" («Вертолеты России») Holdinqinin baş direktoru Andrey Boqinski ilə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən Azərbaycanın "Silk Way Helicopter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.
Məhsuldar danışıqlar eyni zamanda "Leonardo" şirkəti ilə də aparılıb və danışıqların yekunlarına əsasən offşor əməliyyatlar üçün "AgustaWestland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün "AgustaWestland AW109" helikopterinin alınması üzrə saziş imzalanıb.
 
Cahangir Əsgərovun "Antonov" dövlət müəssisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının əsas yekunu Azərbaycanın ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə əldə olunan razılaşma olmuşdur. "Silk Way" aviaşirkəti tərəfindən "AN-124" təyyarəsinin alınması ilə əlaqədar olaraq görüşdə Azərbaycanın ərazisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul olunub.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Hamısı