Azərbaycanın Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) Türkiyədə snayper təlimlərinə qatılıb.
Bu il Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin bazasında keçirilən təlimlərdə, 10 müxtəlif ölkədən 150 xüsusi təyinatlı polis iştirak edir.
Agentliyinin məlumatına görə, snayper təlimlərində Azərbaycanı 20 xüsusi təyinatlı polis təmsil edir. Təlimlər, Türkiyə xüsusi təyinatlı polis qüvvələrinin Gölbaşı bölgəsində yerləşən poliqonunda keçirilir.
Təxminən 2 həftə davam edəcək kurs müddətində, kursantlarımız nəzəri biliklərlə yanaşı, uzaq və yaxın məsafələrdən atışlar keçirəcəklər.