Ermənilərin etirazları nəticəsiz qaldı | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Ermənilərin etirazları nəticəsiz qaldı

Cəmiyyət A- A A+
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında qəbul edilən bəyannaməyə Ermənistan nümayəndə heyətinin etirazı nəticəsiz qalıb".
 
Bunu Trend-ə sessiyada iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
 
Ə.Amaşov bildirib ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsi ilə bağlı bənd öz əksini tapıb və bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətini razı salmayıb.
 
Ə.Amaşov bildirib ki, ermənilər həmin bəndin çıxarılmasını tələb ediblər, lakin əksəriyyət bu bəndin bəyannamədə əksini tapmasına razılığını bildirdi: "Ermənilər artıq görəndə ki, bu bənd bəyannamədə əksini tapacaq, iclas zalını tərk etdilər".
 
Deputat vurğulayıb ki, ermənilər həmin sessiyada başqa təkliflərlə də çıxış ediblər, lakin onların irəli sürdüyü heç bir təklif qəbul edilməyib: "Təşkilatın tarixində ilk dəfə belə bir bəyannamə qəbul olundu və bu, Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bəyannamədir. Ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin həllində bu sayaq bəyannamələr hüquqi baza xarakteri daşıyır. Azərbaycan nümayəndə heyəti sessiyada kifayət qədər aktiv iştirak etdi və bu bəyannamənin qəbul edilməsi Azərbaycanın uğurudur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...