Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilib.
Eurasia Diary-nin əməkdaşının da izlədiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.
Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alanlardan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib. Vəkil bildirib ki, qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.
Hakim isə vəkilin müraciətini nəzərə alaraq, məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edib.