Rusiyada quş qripi aşkarlanıb. Bəs Azərbaycanda vəziyyət necədir? Quş qripi əleyhinə monitorinqlər aparılırmı?
Rusiyanın Kostrom vilayətində yerləşən quşçuluq fabrikində toyuqlarda quş qripi virusu aşkarlanıb. Bu məlumatı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı yayıb.
Bu fakt isə ölkəmizdə ovlanaraq əsasən, yol kənərlarında satılan quşların sağlamlıq məsələsini də aktuallaşdırır. Çünki ovlanmış çöl quşlarının hansı virusu daşıyıb-daşımadığını ilk baxışdan bilmək mümkün deyil. Bəs bu quşların virus daşıyıcısı olub-olmadığı yoxlanılırmı?
Dövlət baytarqlıq nəzarəti xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, hər il mütəmadi olaraq səhiyyə, kənd təssərüfatı və ekologiya və təbii sərvətlər nazirlikləri birgə bir neçə dəfə monitorinqlər aparır.
O ki, qaldı Rusiyadan quş əti idxalının qadağası məsələsinə, Yolçu Xanvəli bildirdi ki, hazırda Rusiyadan quş əti məhsullarına tam olaraq qadağa qoyulmayıb. Yalnız, Rusiyanın bu kimi təhlükəli ərazilərindən quş ətinin idxalına qadağa qoyulub.
Quş qripi təhlükəsi daha da artarsa, bu zaman Rsiyadan gətirilən quş ətinə tam qadağa qoyula bilər.