Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı SİYAHI

Cəmiyyət 10:52 11.01.2018

Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb.

Mərkəz tərəfindən aşkarlandığı iddia edilən qüsurlar “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.

Kitabda bildirilib ki, orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir. “Azərbaycanda Orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılıb.

Tərcümə Mərkəzinin “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipal qüsurlar aşkarlanıb ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır. Məsələn, “ab”, “aba”, “abxor”, “çakər”, “canfəza”, “danişgah”, “dəh”, “abi-həyat”, “əhıi-eşq”, “dərdi-sər” kimi minlərlə söz və izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər?

İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, “abaksial”, “abandon”, “abatment”, “dedveyt”, “dzeren” və s. kimi sözlərin orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır. Burada söhbət yalnız beynəlmiləl terminalogiyadan deyil, milli söz-terminlərdən də gedir.

Məsələn, “cərgəarasıseyrəklik”, “çoxmemarlılıq”, “dimdikşəkillilik” kimi terminoloji vahidlər orfoqrafiya lüğətində heç bir funksiya daşımır.

Üçüncü qüsur lüğətdə ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlər, yaxud loru sözlər də çoxdur. “Adə”, “ağzıyelli, “anarı”, “ağarantı”, “ağzıbir”, “alabaydaq” tipli dialekt, “adıbatmış”, “açarınıitirən”, “ağzıcırıq”, “çezdirmə”, “çırtı-pırtı” kimi loru sözlərin orfoqrafiya lüğətində verilməsi, ən azından, yazı mədəniyyətinə ziddir.

Lüğətin dördüncü qüsuru heç bir ehtiyac olmadam söz yaradıcılığı hesabına yüklənməsi və ya süni olaraq həcmcə genişləndirilməsidir. Nə ehtiyac var ki, “silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq” kimi sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin? Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbitindən gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin.

“Lüğət”də Azərbaycan dilinin mövcud söz yaradıcılığı imkanlarından sui-istifadə edilərək “yaradılmış” xeyli qurama sözlərə rast gəlinir ki, bu, beşinci qüsurdur. Buraya “abır-həyagözləmə”, “abırsızolma”, “abzasdanbaşlama”, “acıdilliliketmə”, “açıqcagöndərmə” və s. tipli qondarma “mürəkkəb sözlər” aiddir ki, onların sayı lüğətdə olduqca çoxdur. Bu cür sözlərin lüğətə ayaq açması “söz” anlayışı barədəki təsəvvürün yanlışlığından, yaxud elmi olmamasından irəli gəlir.

Maraqlıdır ki, tərtibçilər Azərbaycan dilində, məsələn, “ətriyyatçılıqetmə”, yaxud “ətriyyatçıolma” sözlərinin mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, “müəllimliketmə”, yaxud, “müəllimolma” “söz”lərini qəbul edib lüğətə daxil etmirlər… Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə gözlənilməyib, tərtibçilər ya hansı mətndəsə təsadüf etdikləri “söz”ləri almış, ya da sadəcə özlərindən uydurmuşlar.

“Lüğət”in altıncı qüsuru “söz” anlayışı hüdudlarına sığmayan yamsımalara və ya fonetik təqlid cəhd-vahidlərinə, heç bir əsas olmadan, geniş yer ayrılmasıdır. Məsələn, “car-cur”, “cığ-cığ”, “cirinq”, “cükk”, “çıqq”, “çıpaçıp”, “çıp-çıp”, “çırt”, “danq”, “dit-dit”, “dızz” və s.

Nəhayət, yeddinci qüsur bir sıra sözlərin düzgün yazılışında: A) tələffüz variantlılığından; B) alınmalarda mənbə dildəki yazı normasına münasibətdən; C) mürəkkəb sözlərin bitişik, yaxud defislə yazılmasından və s. irəli gələn problemlər vardır. Məsələn: addama-adlama, basdalama-bastalanma, başaçıq-başıaçıq, cəlal-calal, çaşma-şaşma, qorxutma-qorxuzma, yorğun-yornuq, yumurlama-yumrulama və s.

Beləliklə, orfoqrafiya lüğətinin son – 2013-cü il nəşri (o nəşrin ki, əsas missiyası məhz bu cür qüsurları mümkün dərəcədə aradan qaldırmaq idi) bugünkü tələblərə cavab vermir”.(report)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Hamısı