Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib. Yoxlama nəticəsində məlum olub ki, şəxsin düz bağırsağında 1 bükümdə, xalis çəkisi 4,424 qram olan narkotik vasitə - heroin var.
Faktla bağlı araşdırma aparılır.