Bakıda hansı ərazilərdə sürüşmə təhlükəsi var?

Cəmiyyət 23:21 27.01.2018
Bakıda son zamanlar sürüşmə zonaları aktivləşib. Nəticədə Bayıl yamacında onlarla ailənin həyatı və şəxsi mülkü təhlükədədir. Lakin paytaxt ərazisində sürüşmə təhlükəsi təkcə Bayılda deyil. Hazırda paytaxtın bir çox əraziləri sürüşmə baxımından aktiv zonalar hesab edilir ki, həmin yerlərdə də insanlar ev tikib, yaşamaqda davam edirlər. Yəni onlar da hər an Bayıl yamacından yaşayan insanların vəziyyətinə düşə bilərlər.
 
Bəs Bakının sürüşmə zonaları konkret olaraq hansı ərazilərdir?
 
Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdardakı Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazilər, Masazır gölünün ətrafı - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır. Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir. Bayılda son 20-25 ildə sürüşmənin daha da aktivləşdiyi bildirilsə də, yuxarıda qeyd etdiyimiz digər ərazilərdə də durum heç də ürəkaçan deyil. Məsələn, Masazır gölünə yaxın ərazilərdə tez-tez sürüşmə baş verir. Elə ötən il həmin ərazidə sürüşmə nəticəsində bir ev tamamilə uçmuşdu.
Mütəxəssislər bildirirlər ki, ildən-ilə Azərbaycanda sürüşmə sahələrinin sayı artır. 1980-ci ildə Azərbaycanda 100 yaşayış məntəqəsində sürüşmə qeydə alınırdısa, indi bu göstərici 400-ə yüksəlib.
 
Musavat-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov hər ay nazirlik ölkə ərazisində olan sürüşmələr haqqında bülleten hazırlayıb, 11 quruma göndərir:
“Bu bülletenlərdə Abşeron yarımadasında olan sürüşmələr haqqında, qədim sürüşmə ərazilərində olan monitorinqlərin nəticələri, eyni zamanda vətəndaşlar tərəfindən edilən müraciətlər araşdırılır, bülletendə öz əksini tapır. Bəzən olur ki, bir ay ərzində ölkə ərazisindən 100-dən çox vətəndaş sürüşmə ilə bağlı bizə müraciət edir. Gələn həftə ərzində də bütün ölkə ərazisində olan sürüşmə ilə bağlı eyni qaydada bülleten hazırlayıb, yayacağıq. Bu gün sözü gedən Bayıl ərazisi haqqında da bülletendə məlumatlar yer alıb. Bayılla bağlı məlumat yayıldı ki, guya orada dağın altından iki çay gedir. Bu sözü mütəxəssis deyə bilməz. Təbiətdə elə bir hadisə baş verə bilməz. Yerin altında çay ola bilməz. Özü də bunu Bayılda yazıblar. Ola bilər ki, müəyyən sulu laylar ola bilər. Sulu laylar var və bu, başqa yerdir. Əvvəllər camaat söyləyirdi ki, Xəzər dənizinin altından neft axıb, İrana gedir. Bu da həmin söhbətə oxşayan bənzətmədir”.
Ekspert Masazır ərazisində baş verən sürüşmələrdən də danışıb:
 
“Orada yamacı kəsib, ev tikiblər. Duzlu göl deyilən ərazi var ki, həmin ərazidə binalar, fərdi yaşayış evləri tikiblər. Nəticədə torpağın dayanıqlığı itib. Həmin ərazidə olan torpaq qumlu, gilli süxurlardır. Ona görə də tez doyur və ağırlıq olan kimi sürüşür. Oradakı sürüşmə də vətəndaşların özlərinin günahından baş verir. Bu, qəti şəkildə belədir. Orada ev tikmək, yamacı kəsmək olmazdı. İndi həmin torpaqları hansı qurumlar əhaliyə verib, bu da onların öz işləridir”.
 
Ekspert bildirib ki, qərar da qəbul olunub ki, sürüşməyə meylli ərazilərdə tikinti aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin xüsusi rəyi olmalıdır:
 
“Layihə də bu rəyə uyğun olaraq hazırlanmalıdır ki, gələcəkdə sürüşmə baş verərsə, nisbətən də olsa onun qarşısı alınsın. Onu da qeyd edim ki, vətəndaşların özlərindən də çox şey asılıdır. Tövsiyə edirəm ki, insanlar ilk olaraq təbiətə çox müdaxilə etməsinlər. Harada gəldi, yamacı kəsməsinlər. Suvarma apardıqları zaman isə bunu fontan şəklində etməsinlər. Bütün bunların hamısı gələcəkdə həmin ərazidə fəsadların yaranmasına səbəb olur”.
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Hamısı