"Ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb" TARİXÇİ

Cəmiyyət 14:55 12.02.2018
1827-ci ildə İrəvan və Naxçıvan xanlıqları rus işğalına məruz qalmış və 1828-ci ildə çar hökuməti tərəfindən “erməni vilayəti"nə çevrilmişdi.
 
Bunu Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev ermənilərin maliyyələşdirdiyi bəzi rus KİV-lərində İrəvanın guya tarixi Ermənistan torpağı olduğu ilə bağlı iddialara münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, bu ərazilərdəki 359 (310-u İrəvan əyalətində) Azərbaycan kəndinin əhalisi işğal zamanı ruslar tərəfindən kütləvi qırğınlara məruz qalaraq öz doğma ocaqlarından qovulub çıxardılıb.
 
Ermənilərin “erməni vilayəti" adlandırılan əraziyə sonradan köçürüldüyünü deyən M.Abdullayev qeyd edib ki, tarixi faktlar da bunu təsdiq edir.
 
Tarixçi alim bildirib ki, Qacar dövlətindən və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülüb gətirilən 130 minə yaxın erməninin böyük hissəsinin məhz bu bölgədə yerləşdirilməsi demoqrafik vəziyyətdə ciddi dəyişikliklərə gətirib çıxarıb. Daha çox dəyişikliklər İrəvan və Naxçıvanın kənd əhalisinin tərkibində baş verib:
 
“Bölgəni hərtərəfli şəkildə təhlil etmiş tarixçi İ.İ.Şopen ermənilərin bu bölgənin yerli, köklü əhalisi olmadıqlarını dəqiq bildiyi üçün onlar haqqında danışarkən düzgün olaraq "əvvəldən yaşayanlar" (yəni Türkmənçay müqaviləsindən əvvəl) ifadəsini işlətdiyi halda, tərtib etdiyi bəzi cədvəllərdə nədənsə fikrini dəyişərək erməniləri bölgənin "yerli" əhalisi kimi təqdim etməyə çalışıb. 1832-ci il kameral siyahıyaalmada "yerli", yəni "əvvəldən yaşayan" erməni ailələrin sayı 4.428-ə (13.058 nəfər kişi, 12.093 qadın, cəmi 25.151 nəfərə) çatırdı”.
 
Alim deyib ki, kütləvi köçürmələrdən qabaq İrəvan, Naxçıvan və Ordubad bölgələrində əhalinin böyük əksəriyyətini - 78,4%-ni Azərbaycan türkləri təşkil edirdi. Lakin dörd il ərzində Rusiyanın həyata keçirdiyi köçürmə siyasəti bölgənin demoqrafik mənzərəsini kəskin şəkildə dəyişdirib: “Çox qısa müddət keçəndən sonra - 1832-ci ildə "erməni vilayəti" adlandırılan bölgədə yaşayan ailələrin sayı 31.201-ə və yaxud 164.450 nəfərə (86.786 kişi, 77.664 qadın) çatıb və bölgədə, bir növ, "demoqrafik partlayış" baş verib. Nəticədə əhalinin tərkibində Azərbaycan türklərinin say nisbəti kəskin şəkildə azalaraq 51,53%-ə düşüb, erməni əhalisinin say nisbəti isə 21,6%-dən 48,47%-ə çataraq 2,2 dəfədən çox artıb.
 
M.Abdullayev bildirib ki, 1828-1832-ci illər arasında keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə tarixi ədəbiyyatda "İran" adlandırılan Qacar dövlətindən 6.949 erməni ailə, yaxud 35.560 nəfər erməni (18.837 kişi, 16.723 qadın), Osmanlı imperiyasından isə 3.682 erməni ailə və ya 21.666 nəfər erməni (11.417 kişi, 10.249 qadın) köçürülərək məskunlaşdırılıb.
 
Alim əlavə edib ki, ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb: “Açıq-aydın görünür ki, İrəvan bölgəsində 1832-ci ildə qeydə alınan 65.280 nəfər erməninin 45.207 nəfəri və yaxud 70%-ni Qacar və Osmanlı dövlətlərindən köçürülüb gətirilən köçkün ermənilər təşkil edirdi. İrəvan bölgəsinə kütləvi erməni köçürmələrinin xalqımız üçün demoqrafik nəticəsi çox ağır oldu. 1832-ci il statistikasına görə, İrəvan bölgəsində yaşayan erməni ailələrin sayı 12.694-dən kəskin şəkildə artaraq 20.927-yə çatmışdı. Artıq həmin ildə qeydə alınan 115.115 nəfər əhalinin cəmi 49.875 nəfərini və yaxud 43,3%-ni Azərbaycan türkləri təşkil edirdi. Beləliklə, bölgənin köklü əhalisi olan Azərbaycan türkləri qısa müddətdə öz doğma torpağında üstün etnos mövqeyini itirərək çoxluqdan etnik azlığa çevrildi”.
 
Dosent bildirib ki, hətta kütləvi erməni köçürmələrinə baxmayaraq, 1832-ci ildə İrəvan bölgələrində olduqca az sayda - erməni ali zümrəsini təşkil edən cəmi 22 məlik və ağa ailəsi yaşayırdı.
 
Onun sözlərinə görə, böyük hissəsi gəlmə olan erməni əhalisinin say tərkibində də erməni ali zümrəsinin xüsusi çəkisi o qədər də çox deyildi: “İ.Şopenin statistik göstəricilər üzrə apardığı müqayisəli təhlilin nəticəsi açıq şəkildə göstərir ki, kütləvi erməni köçürmələrinə baxmayaraq, 1832-ci ildə müsəlman ali zümrəsinin xüsusi çəkisi erməni zadəganlarını 6 dəfədən də çox üstələyirdi. Bu isə İrəvan, Naxçıvan və Ordubad bölgələrində Azərbaycan türklərinin və onun ali zümrəsinin köklü olduğunu bir daha sübuta yetirir”.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hamısı